Navikulyar sümük

Navikulyar sümük — (lat. nəˈvɪkjʊlər) əksər məməlilərin ayaqlarında olan kiçik sümük.

Navikulyar sümük
İnsan ayağının sümükləri. Navicular sümük
İnsan ayağının sümükləri. Navicular sümük
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnsan anatomiyası[redaktə | mənbəni redaktə et]

İnsanlarda navikulyar sümük ayaqda yerləşən tarsal sümüklərdən biridir. Navikulyar sümük və ya əl navikulyar sümüyü termini əvvəllər biləyin sümüklərindən biri olan qayığabənzər sümüyü üçün istifadə olunurdu.

İnsanlarda navikulyar sümüyü ayağın medial tərəfində yerləşir və proksimalda talus ilə, distalda üç mixi sümük[1] ilə və yanal[2] olaraq kuboid sümüyü[3] ilə birləşir.

Ossifikasiyaya[4] başlayan ayaq sümüklərinin sonuncusudur və adətən qızlarda həyatın 3-cü ilinin, oğlanlarda isə 4-cü ilin əvvəlinə qədər baş vermir.[5]

Navikulyar sümüyün sınığı

Tibialis posterior navikulyar sümüyə bağlanan yeganə əzələdir. Əzələnin əsas hissəsi navikulyar sümüyün ortasına yapışır.[6] Əlavə navikulyar sümük ümumi əhalinin 2-14%-də mövcud ola bilər.[7][8][9]

Klinik əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

İnsanın navikulyar sümükləri tez-tez qırılan sümük deyil və ancaq 2 səbəbə görə qırılır. 1-ci mexanizm idmançılarda tez-tez baş verən stress vəziyyətidir,[10] digər mexanizm isə yüksək enerjili travmadır.

Navikulyar sümük ayağın biomexanikasında mühüm rol oynayır: inversiya, eversiya və hərəkətə kömək edir. Bu, orta və ön ayaq arasında struktur əlaqə və ayağın uzununa və eninə qövsünün bir hissəsidir.

Əlavə şəkillər[redaktə | mənbəni redaktə et]

At anatomiyası[redaktə | mənbəni redaktə et]

Atın 2-ci və 3-cü falanksı arasında palmar tərəfinin dırnaq içərisində yerləşən navikulyar sümük adlanan sümük var. Atdakı navikulyar sümüyü distal sesamoid impar ligament və 2 kollateral sesamoid bağları dəstəkləyir.[11] Atın çəngəlindəki mərkəzi tarsal sümüyü insan ayağının navikulyar sümüyü ilə homoloji və analojidir və beləliklə, atdakı navikulyar sümük insanlarda eyniadlı işarələnmiş sümükdən fərqli bir quruluşdur.[12]

Navikulyar bölgə, xüsusən də ön ayaqlarda topallıqla əlaqədar əhəmiyyətli bir quruluşdur və navikulyar xəstəlik və ya navikulyar sindrom adlanan əhəmiyyətli bir xəstəlik prosesində iştirak edir.

Bu yaxınlarda navikulyar xəstəliklə bağlı orijinal ədəbiyyatın çoxu, xüsusən də yeganə diaqnostik meyar kimi rentgenoqrafik dəyişikliklərin əhəmiyyəti şübhə altına alınmışdır.[13] Navikulyar sindrom atlardakı bütün topallıq hallarının 1/3 hissəsinə səbəb ola bilər, lakin navikulyar sümüyün rentgenoqrafik dəyişiklikləri həmişə qəti diaqnozu təmin etmir. Daha yeni görüntüləmə üsulları göstərdi ki, bölgədəki yumşaq toxumaların zədələnməsi axsaqlığa əhəmiyyətli töhfə verə bilər və bir çox səbəblər görünən topallığa səbəb ola bilər.[11]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gray's Anatomy, 6b. The Hand. 1. The Carpus. 4". 1918. 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  2. "Arxivlənmiş surət". 2023-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  3. "Arxivlənmiş surət". 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  4. https://az.orthopaedie-innsbruck.at/definition-ossification-32816
  5. Louise Scheuer; Sue Black. The Juvenile Skeleton. 2004. ISBN 9780080474595. 2023-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  6. Bojsen-Møller, Finn; Simonsen, Erik B.; Tranum-Jensen, Jørgen. Bevægeapparatets anatomi [Anatomy of the Locomotive Apparatus] (danimarka) (12th). 2001. səh. 293. ISBN 978-87-628-0307-7.
  7. "Top Rated Foot Surgeons - Foot & Ankle Institute in Baltimore- Mercy". Mercy Medical Center. 2013-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  8. "Accessory Navicular". 2 June 2020. 28 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 September 2023.
  9. www.mynameiskaan.com. "Macrorad Teleradiology Case Report - SYMPTOMATIC ACCESSORY NAVICULAR BONE". 2017-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  10. "Medical Update On Pau Gasol". Milwaukee Bucks (ingilis). 2019-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-08.
  11. 1 2 R. Wayne Waguespack, DVM, MS, DACVS R. Reid Hanson, DVM, DACVS, DACVECC. "Navicular Syndrome in Equine Patients: Anatomy, Causes, and Diagnosis" (PDF). Surgical Views. Auburn University. dekabr 2010. 21 oktyabr 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2013.
  12. "Chapter 32, FRACTURE AND LUXATION OF THE TARSUS AND METATARSUS "Textbook of Small Animal Orthopaedics" written by Charles D. Newton, D.V.M., M.S. and David M. Nunamaker, V.M.D. J.B. Lippincott Company, 1985". 19 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 January 2013.
  13. Citing Clinical Anatomy and Physiology Laboratory Manual for Veterinary Technicians, Colville, Thomas and Bassert, Joanna M. 2008 Publ. Mosby/Elsevier, Canada. "Navicular Bone - The distal sesamoid bone of the horse. The navicular bone is located deep in the hoof behind the joint between the middle and distal phalanges."

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]