Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naxçıvan — Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, eləcə müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu.
Bu suyun mənbəyi Naxçıvan şəhərindən 25 km. Vayxır kəndinin yaxınığında yerləşir. Özünün müalicəvi əhəmiyyətinə görə Yesuntuki mineral sularından geri qalmır. Mütəxəssislərin fikrincə həmin su ilə qastrit, kolit, qan azlığı, ciyər, öd kisəsi, həzm mübadiləsi pozğunluğu xəstəliklərini müvəffəqiyyətlə müalicə etmək mümkündür. Hər gün 100 min butulka Naxçıvan mineral suyu doldurulur, lakin daha da çox doldurmaq mümkündür.