Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir.
Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5–6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı "250" markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur.