Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I

Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- INaxçıvan şəhərinin cənub hissəsindədir.

Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7–9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı "200–250" markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 346-347. ISBN 5-8066-1468-9.