Naxçıvan Dövlət Müəllimlər İnstitutu — Cəlil Məmmədquluzadə adına ali-orta təhsil müəssisəsi.
Naxçıvan Dövlət Müəllimlər İnstitutu | |
---|---|
Ölkə |
1922-ci ilin sonlarında Naxçıvan müəllimlər seminariyası açılmışdır. 1923-1924-cü illərdə seminariya pedaqoji texnikuma çevrildi. 1927-1930-cu illərdə texnikumu müvafiq olaraq 18, 24, 55 və 52 (cəmi 149) nəfər gənc bitirmişdir. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 1939-cu il 14 avqust tarixli qərarı ilə texnikum əsasında 5 və 7-ci siniflər üçün müəllimlər hazırlayan Cəlil Məmmədquluzadə adına ikiillik Naxçıvan Dövlət Müəllimlər İnstitutu yaradıldı. Onun açılması muxtar respublikanın pedaqoji kadr potensialının yaranmasında mühüm rol oynadı. İlk fəaliyyəti Böyük Vətən müharibəsi dövrünə təsadüf etsə də, çətinliklərə baxmayaraq, institut işini dayandırmadı. İnstitut 1954-cü ildən fəaliyyətini dayandırmışdır.
Böyük Vətən müharibəsi illərində institutun 4 fakultəsi olub. Bu fakultələri 166 nəfər bitirmişdir.
Eyni zamanda institutda 5 kabinet, 5 dərnək, həmçinin qiyabi bölmə fəaliyyət göstərmişdir. 1943-1947-ci illərdə və daha sonraki yüzlərlə adam qiyabi təsilə cəlb olunmuşdur. Müxtəlif illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunun əyani və qiyabi şöbələrini 1159 məzun bitirmişdir.
Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası. 2002. səh. 348. ISBN 5-8066-1468-9.