Naxçıvan Heydər Məscidi

Heydər MəscidiCənubi Qafqazın ən böyük məscidlərindən biridir. Heydər Məscidi kompleksi "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksinin yaxınlığında şərq üslubunda işlənmiş memarlıq quruluşu ilə ucaldılıb.[1]

Naxçıvan Heydər Məscidi
Ümumi məlumatlar
Ölkə

Kompleksin sahəsi 6 400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə vardır.[2] Məscid iki minarəli və 15 günbəzlidir. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunmuş məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir.

Kompleksdə Naxçıvan Muxtar Respublikası qazısı yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar vardır.[3]

  1. "Cənubi Qafqaz". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.
  2. Naxçıvanda Heydər Məscidi kompleksinin inşası davam etdirilir[ölü keçid]
  3. "Naxçıvan şəhərindəki Heydər Məscidi". 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.