Naxçıvan Muxtar Respublikası Qadınlar Məclisi — Naxçıvan Muxtar Respublikası qadınlarının müstəqil, özünü idarə, qeyri-hökumət ictimai təşkilatı
1995-ci ildə Naxçıvan Muxtar Respublikasında yaradılıb. Öz fəaliyyətini Azərbaycan Respublikasındakı və xaricdəki mövcud hökumət və qeyri-hökumət ictimai təşkilatları ilə əlaqədə qurur və qadın hərəkatının, qadın problemlərinin, müasir cəmiyyətdə qadınların yeri, mövqeyi, vəziyyəti, qayğılarının, eləcə də beynəlxalq qadın hərəkatının öyrənilməsi sahəsində iş aparır.
Beynəlxalq Millətlər Təşkilatının İnkişaf Proqramının köməyi ilə muxtar respublika qadınlarının işlə təmin edilməsi, habelə BMT-nin ailənin planlaşdırılması proqramı sahəsində müəyyən işlər görülmüşdür.
Ali orqanı 5 ildən bir çağırılan konfransdır; konfrans açıq səsvermə yolu ilə məclisin sədrini, 39 nəfərdən ibarət idarə heyətini, təftiş komissiyasını seçir. Məclisin 7000 nəfərdən çox üzvü var.