Naxçıvan Xalça Kombinatı

Naxçıvan Xalça Kombinatı — yüngül sənaye müəssisəsi.

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası "Xalq üçün mallar" Dövlət konserinə daxildir. Tikintisinə 1979-cu ildə başlanmışdır. Ümumi sahəsi 50000 m², istehsal sahəsi 3000 m²,yadımçı bina və tikililərin sahəsi isə 10000 m²-ə yaxındır. Layihə gücü ildə 2,5 mln. m² xalçaxalça məlumatları istehsalı olacaq kombinatda üçnönvbəli iş rejimində 2500 nəfərdən artıq fəhlə və qulluqçunun çalışması nəzərdə tutulur. Kombinat, əsasən, iki fabrikdən — əyirici (sahəsi 15000) və toxucu (sahəsi 15000) fabrikdən ibarətdir. 1998-ci ilin yanvar ayında Boyxana,hazırlayıcı, aparat-darayıcı, əyirici sexlərindən ibarət əyirici fabrik istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətilə əlaqədar toxucu fabrikinin tikintisi hələlik tamamlanmamışdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 337. ISBN 5-8066-1468-9.