Naxçıvan paxladəni

Naxçıvan paxladəni - (lat. Astragalus nachitschevanicus Rzazadə.) Paxlakimilər— (Farbaceae Lindl.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritik təhlükə həddində olanlar”– CR B1ab (i,ii, iii)c(i)+2ab(i,ii,iii)c(i). Azərbaycanın nadir, endemik növüdür.

Regional IUCN Statusu - CR B1ab (i,ii, iii)c(i)+2ab(i,ii,iii)c(i). [1][2][3]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxsaylı düzduran gövdəli, 20-50 sm hündürlükdə, çoxillik bitkidir. Yarpaqcıqları 16-27 cütdür, uzunsov-ovalvaridir, üzəri çılpaq, alt hissəsi sıx məxməri tükcüklüdür. Yumurtalığı uzunsov, ayaqcıqlıdır. Salxımı qısa, 4-6 seyrək çiçəklidir. Paxlası düzdür, seyrək tükcüklü, buruncuqlu və ikiyuvalıdır. [1][2][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında, quru daşlı yamaclarda, qayalı ərazilərdə rast gəlinir. [1][2][5]

Yayılması[redaktə | mənbəni redaktə et]

Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Qarababa, Badamlı, Kükü kəndləri ətrafı və Keçəldağ). [1][2][6][7][5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır. [1][2][5]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Populyasiyanın zəif təkrarlanması, ekoloji və antropogen təsirlərdir.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Təbiətdəki vəziyyəti böhran həddə çatmış və nəsli kəsilmə ehtimalı olan növ kimi Zəngəzur Milli ParkıArpaçay Dövlər Təbiət yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır. [1][2][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2017-05-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. Флора Азербайджана, 1954
  5. 1 2 3 4 Naxçıvan MR-in Qırmızı kitabı, 2010
  6. Azərbaycan SSR-in Qırmızı kitabı, 1989
  7. Конспект флоры Кавказа, 2006