Bu məqaləni vikiləşdirmək lazımdır. |
Naxçıvan paxlavası- unlu Azərbaycan şirniyyatı
Lap iri kündədən yuxa yayırıq, hər tərəfini yağladığımız listin içinə salıb, kənarlarını düzəldirik. Yuxanı (təxminən 1,5 x.q ərinmiş yağ) yağlayıb, üstünə iç (1 çay fincanı) səpirik. İkinci yuxanı açırıq, eyni qaydada davam edirik. Beləliklə, bütün yuxalar qurtarandan sonra, axırıncı iri kündəni açıb, üstünə salırıq, alt yuxa ilə birləşdirib, artıqlarını kəsirik. Əvvəlcə romb formasını işarələyib, sonra kəsirik. Zəfəran şirəsi qatılmış yumurta sarısını üstünə çəkəndən sonra hər rombun ortasına qoz qoyub basırıq. Hazır paxlavanı 200 dərəcədə üstü tam qızarana qədər bişirirk. Qızarandan sonra sobadan çıxarırıq. Bıçaqla bir də kəsirik ki, tökəcəyimiz şərbət məsamələrdən lap altına qədər hopsun.(2 st. şəkər tozuna 1 st. su töküb qaynamağa qoyuruq, kəfini yığıb, qaşığın ucunda limon duzu salırıq, oddan götürürük) Şərbəti tökəndən sonra temperaturu 50 dərəcəyə endirib təzədən sobaya qoyuruq. Şirə hopandan sonra sobadan çıxarır. Bir az soyuyandan sonra paxlavanı listdən çıxarırıq.[1]