Naxçıvan uşaq dəmir yolu

Naxçıvan uşaq dəmir yolu— Azərbaycanda, Naxçıvan MR-ın Naxçıvan şəhərində 1978-ci ildə daxili istismara verilmişdir.

Naxçıvan, Azərbaycan 
Azərbaycan Dövlət Uşaq Dəmir yolu
Açılma tarixi: 1978
Bağlanma tarixi: 2000
Uzunluğu: 0.7 km
Dayanacaq məntəqələri: 2 + 1

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Yolun uzunluğu təxminən 700 metr (digər yol maksimum uzunluğuna görə 1,6 km idi[1]).) olmuşdur.

Dəmir yolu "Sovetabad" adlı 1 platformadan və "Pionerlər sarayı", "İdman" (digər mənbələrə görə həmçinin "Gənclik") adlı stansiyalardan ibarət olmuşdur.

2 lokomativ və 3 vaqon fəaliyyət göstərirdi. Lokomotivlərdən biri dizel lokomativi TU-7 digəri isə TU-2 idi.

TU2-206.

1978-ci ildə TU2-099 Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi. Əvəzində Naxçıvandan, Bakıya TU2-206 gətirildi. 1987-ci ildə Bakıya yeni teplovoz TU7-0204 gətirildi. Həmin ildə bu teplovoz Naxçıvan Uşaq Dəmir Yoluna göndərildi.2000-ci ildə Naxçıvan UDY-nin fəaliyyəti dayandırıldı.[1]

  1. 1 2 "Нахичевань (ДЖД))". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-04.