Naxçıvanbank Açıq Səhmdar Cəmiyyəti

Naxçıvanbank — "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ilk regional bankıdır və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 4 avqust 2008-ci il tarixli 252 saylı lisenziyaya əsasən, 11 sentyabr 2008-ci il tarixdən fəaliyyət göstərir.[1]

Naxçıvanbank
"Naxçıvanbank" ASC-nin loqotipi
Ümumi məlumatlar
Tipi Açıq Səhmdar Cəmiyyət
Sənaye Bank sektoru
Təsis tarixi 11 sentyabr 2008
Rəhbərlik
Rəhbərlik Müşahidə Şurasının sədri
Binnət Novruzov
İdarə Heyətinin s.s.m.i.e.
İsa İsayev
naxcivanbank.az

"Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2008-ci il tarixdən Əmanətlərin Sığortalanması Fondunun (ADİF), 2010-cu ildən milli ödəniş sistemi "AZİPS"-in, 2011-ci ildən Beynəlxal Banklararası Ödəniş Sistemi olan SWIFT-in, 2012-ci ildən "Mastercard" beynəlxalq ödəniş sisteminin, 2015-ci ildən "VİSA" beynəlxalq ödəniş sisteminin üzvüdür. Bununla yanaşı "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti 2013-cü ildən "MONEX", 2018-ci ildən "UPT" və "Western Union" sürətli pul köçürmə sisteminə qoşulmuşdur.[1]

Naxçıvanbank Baş ofis, 7 filial, 3 mübadilə şöbəsi olmaqla ümumilikdə Naxçıvan MR və paytaxt Bakı şəhərində yerləşən 10 xidmət nöqtəsində öz müştərilərinə müxtəlif bank və maliyyə xidmətləri təqdim edir.[1]

Müşahidə Şurası

[redaktə | mənbəni redaktə et]
  • Müşahidə şurasının sədri — Binnət Novruzov[2]
  • Müşahidə şurasının üzvü — Əsədulla İsgəndərov[2]
  • Müşahidə şurasının üzvü — Rüfət Məmmədov[2]

İdarə Heyəti

[redaktə | mənbəni redaktə et]
  • İdarə Heyətinin sədri v.m.i.e. — İsa İsayev[2]
  • İdarə Heyətinin sədr müavini — Rafiq Xəlilov[2]
  • İdarə Heyətinin sədr müavini — Murad Həsənli[2]
  1. 1 2 3 "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.
  2. 1 2 3 4 5 6 "Arxivlənmiş surət". 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]