Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Siluridae Cuvier - Bədəni çılpaq və uzunsovdur. Qəlsəmə pərdələri sərbəstdir. Bel üzgəci kiçik və tikansızdır. Anus üzgəci çox uzundur və quyruq üzgəcinin yaxınlığında qurtarır və ya onunla qarışır. Ağzı iridir, yarımaypara şəklindədir. Dişlər çənə üzərində və daha çox damaq üzərində olur. Ön burun dəlikləri geridəkilərdən çox aralı yerləşir. Bığlar həm üst və həmdə alt çənədə olur. Üzmə qovuğu sərbəstdir. Beşinci fəqərə dəyilmiş və fəqərlərlə birləşmişdir. Fəsilədəki 8 cinsdən Azərbaycanda biri yaşayır. .[1]
Naxa cinsi – (lat. Silurus) Bel üzgəci çox kiçik və tikansızdır. Anus üzgəci uzundur və quyruq üzgəcinə qarışır. Qarın üzgəcində 8 şüa vardır. Quyruq üzgəci girdələnmişdir. Üç cüt bığları vardır; bunlardan bir cütü üst çənədə, iki cütü alt çənədə yerləşir. Damaq üzərində dişlər olmur, dişlər ancaq xış sümüyü üzərində 1 və ya 2 sırada yerləşir. Bədəni və başı yumşaq dəri ilə örtülmüşdür. Naxa cinsinin 2 növü, adi naxa və Soldatov naxası göstərilir. Xəzər hövzəsində 1 növlə təmsil olunmuşdur - Azərbaycan sularında anccaq bu növdür - Naxa (lat. Silurus glanis Linne)