Illicium tenuifolium (lat. Illicium tenuifolium) — schisandraceae fəsiləsinin illicium cinsinə aid bitki növü.
Nazikçiçək tıs-tıs | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Nazikçiçək tıs-tıs |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qafqazda geniş yayılmışdır.
Alçaq kolcuqdur. Yastıqcası çox möhkəm, diametri 10-20 sm (və daha çox), hündürlüyü 8-12 sm, bəzən yarımşarşəkillidir. Yay yarpaqları açıq-göyümtül, hamar, üç hissəli və ya xətvarı-bizvarı, cod, bünövrəsində uzunluğu 11-16 (25) mm və eni 1-1,5 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklüdür. Yaz yarpaqları çox qısadır. Çiçək saplaqları 5-8 dəfə yarpaqlardan uzun, uzunluğu 15-25 sm, yuxarı tərəfində budaqlı, 2-5 və ya daha çox əyrili, bəzən sadədir. Çiçəkləri çiçək qrupunda seyrək yerləşmiş, sünbüllərin arasında məsafələri onların uzunluğundan çoxdur və ya ona bərabərdir. Sünbülləri birçiçəkli, uzunluğu 10-11 mm-dir. Çiçəkaltlıqları çılpaq, üst çiçək altlığının uzunluğu 4-5 mm, yumurtavarı-lansetvarı, içəri çiçəkaltlıqları üstdəkindən uzun, pərdəli, ucu qısadır. Kasacığın uzunluğu 9-10 mm, qıfvari olub, borucuğu tükcüklüdür. Kasacığın büküyü ağ, eni təxminən 3 mm, 10 qanadlı, çılpaq, qonur damarcıqlıdır. Ləçəkləri çəhrayıdır. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. Təbiətdə, əsasən, toxum vasitəsilə çoxalır.
Dağ ətəyində, quru, gilli və çınqıllı yamaclarda bitir.
Azərbaycanın nadir növüdür. Kiçik Qafqazda (Gəncə yaxınlığında) təbii halda bitir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə edilir.
Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.