Nazikçiçәk ilan soğanı

Hündürlüyü 30-50 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli, diametri 2-3 sm olub, boz və ya sarımtıl-boz rəngli qını vardır.[1]

Yarpaq[redaktə | mənbəni redaktə et]

Yarpaqları xətvari və yaxud ensizxətvaridir,demək olar ki, gövdənin uzunluğuna bərabərdir.

Çiçək[redaktə | mənbəni redaktə et]

Çiçəkləri uzunluğu 20-35 sm olan,uzun sıx uzunsov salxımda toplanmışdır; bar verməyən çiçəklərinin rəngi göy-bənövşəyi olub, çoxsaylıdır, nazik borucuğaoxşardır və uzunluğu çiçəklərin uzunluğuna bərabər və ya ondan azacıq uzun olan saplaq üzərində yerləşmişdir. Bar verən çiçəklərin saplağı üfüqi və yaxud yana əyilmişdir və çiçəklərdən biraz qısadır.

Meyvə[redaktə | mənbəni redaktə et]

Qutucuq şarşəkillidir.

Çiçəkləməsi[redaktə | mənbəni redaktə et]

İyun

Meyvə verməsi[redaktə | mənbəni redaktə et]

İyun-İyul

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba),BQ şərq. Subalp və alp qurşaqlarında, nadir hallarda orta dağ qurşağında.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Daşlı-çınqıllı yamaclarda,kserofit qruplar arasında, kəsilmiş meşələrdə,kolluqlar arasında, nadir halda çəmənlərdə rast gəlinir.

Mənbə[redaktə | mənbəni redaktə et]

==
  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016