Nazimülislam Kirmani

Mirzə Məhəmməd bin Əli Nazimülislam Kirmani (1861-1918)—İran tarixçisi.

Mirzə Məhəmməd bin Əli 1861-ci ildə Kirman şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Nazimülislam Kirmani kimi tanınırdı. Tarixçi idi.

Tarixçi əsərində şahidi olduğu hadisələrin obyektiv təsvirini verir. O, qeyd edir ki, XX əsrin əvvəllərində bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin ağırlaşması, şah sarayı və hökumətin milli mənafeyə zidd siyasəti, rüşvətxorluq və ədalətsizlik doğuran siyasi qurpuluşun çürüklüyü, digər tərəfdən, İran cəmiyyətinin qabaqcıl dairələrinin milli şüurunun inkişafı İranda sosial ziddiyyətlərin daha da kəskinləşməsinə səbəb olmuşdu.

Nazimülislam Kirmani yazır ki, artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu.

Nazimülislam Kirmani yazır: "Dünyada İran şahı qədər geniş yetkiləri olan hökmdar sayı çox azdır. Bu ölkədə şahın iradəsi her şeyə hakimdir. Ancaq İranda Türkiyənin tərsi olaraq vəzirlər və ya şah divanı olmadığı üçün şahı kimsə şüphəçiliyə sürükləyə bilməzdi." [1]

Nazimülislam Kirmaninin əsərində İran inqilabının başlanığıcından 1906-cı ilin iyulunadək İranda baş verən hadisələr təsvir olunur.

Nazimülislam Kirmani 1918-ci ildə vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nazimülislam Kirmani şair idi. Ölkənin ağır durumunu yaxından müşahidə edən İranlı aydınlarda bu yaşananlar qarşısında səssiz qalmamışlardır. Dönəmin önəmli yazarlarından Nazımul-İslam Kirmani, şeirlərində bu əndişəverici ortamı mövzu kimi seçmiş, Qacar xanədanının uyğulamalarını həcv edərək dönəmin iqtisadi həyatına dair bəzi sübutlar vermişdir:

Şahın halı görüb də dəyişməmişmidir?
Hər yerdə şeytanlar gəzər olmuşdur
Zulm və ədalətsizlikmi artmış?
Xalqın ürəyi qan ağlamaqdadır
İran ölkəsinə bir uğrayıvər
Başdan başa sanki bir məzar
Belə halı vahim bir ölkədə
Kimsəni görməsin canlı, yaşar.

[2]

  • Tarixi bidari iraniyan (İranlıların oyanma tarixi), 1332 (hicri). I-II cildlər.
  • Ənvər Çingizoğlu. Məşrutə ensiklopediyası. Bakı, 2011. 624 səh.
  1. Nazımül İslam Kermanı, Tarixe Bidari İranian, 1. Cild, Tehran, Agah, s. 181.
  2. Faruk Xarabi, Siyasət və İctima dər Şeir-i Əsr-i Məşrutə, Tehran Universitəti nəşri. 1380, s. 21, 47, 69, 147, 154.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]