Nazim İbrahimov (mühəndis)

İbrahimov Nazim Allahverdi oğlu — Azərbaycanın əməkdar mühəndisi.

Nazim İbrahimov
İbrahimov Nazim Allahverdi oğlu
Doğum tarixi
Doğum yeri Goranboy
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi şərabçılıq
Mükafatları "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar mühəndisi

1936-cı ildə Goranboy rayonunda anadan olmuşdur[1]. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfat İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakultəsinə daxil olmuş və 1959-cu ildə təyinatla Xanlar şərab zavodunda işləmişdir. Zavodda şərabçılıq işlərinə dərindən bələd olduqdan sonra onu Şampan sexinə rəis təyin edirlər. 1964-cü ildə qiyabi aspiranturaya daxil olmuş və 1968-ci ildə Şampan şərabları üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.

Şampan şərabları üzrə tanınmış mütəxəssis Nazim İbrahimov 1971-ci ildə Bakı 1№-li şərab zavoduna direktor vəzifəsinə irəli çəkilir. Bu vəzifədə 1990-cı illərin əvvəllərinə qədər işləmişdir.

Nazim İbrahimov bu arada 32 elmi əsərin, o cümlədən 3 elmi ixtiranın və 3 elmi monoqrafiyanın müəllifi olmuşdur. O, Respublikanın əməkdar mühəndisi və xeyriyyəçilik sahəsində H.Z.Tağıyev adına mükafata layiq görülmüşdür.

Azərbaycan şərablarının texnologiyası monoqrafiyasında sırf şərabçılıq məsələləri, onun texnologiyası, şərabın kimyası, şərabçılıq avadanlıqları, şərabların xəstəliyi və onun müalicəsi, şərabçılıq tullantılarından istifadə etmək usulları ətraflı izah edilmişdir.

Nazim İbrahimov Azərbaycanda məskunlaşmış alman üzümçülərinin və şərabçılarının yerli əhaliyə yaxından köməklik göstərmələrini və bu sahənin sənaye təməlində inkişaf etdirmələri haqqında sanballı yazılar müəllifidir.

  • "Azərbaycan tarixinin alman səhifələri". Azərbaycan nəşriyyatı, Bakı, 1997.[2]
  1. "TANINMIŞ ÜZÜMÇÜLƏR: İbrahimov Nazim". 2013-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  2. "Azərbaycan tarixinin alman səhifələri". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.