Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Abdullayev Nazim Abdulla oğlu (23 oktyabr 1938, Bakı – 2 aprel 2017, Şamaxı) — Şamaxı şəhərində Mərkəzi Rayon Xəstəxanasının Sinir xəstəlikləri şöbəsinin müdiri (1984–2017) işləmişdir. Ali dərəcəli həkim (1994), "Sosialist yarışmasının qalibi" (1976 və 1978), "SSRİ Səhiyyə əlaçısı" döş nişanı (1977), "Şərəf nişanı" ordeni (1981), Azərbaycan Respublikasının "Əməkdar həkim" fəxri adı (2006) ilə təltif edilmişdir. Ömrünün ikinci yarısını Şamaxı şəhərində yaşamışdır. Məşhur həkim və xeyriyyəçi kimi tanınmışdır.
Nazim Abdullayev | |
---|---|
Nazim Abdulla oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Şamaxı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Abdulla Abdullayev |
Anası | Rəhilə Atamalıbəyova |
Milliyyəti | azərbaycanlı |
İxtisası | nevropatoloq |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Fəaliyyəti | həkim |
Mükafatları |
Nazim Abdullayev 23 oktyabr 1938-ci ildə Bakı şəhərində Abdulla Abdullayevin və Rəhilə xanım Atamalıbəyovanın ailəsində anadan olmuşdur. Atası jurnalist olub. Nazim Abdullayev orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun Mualicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1956-cı ildə sərbəst güləş üzrə Bakı şəhəri birinciliyində gənclər arasında I yerə layiq görülmüşdür. 1957-ci ildə sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında III yerə layiq görülmüşdür. 1958-ci ildə Bakı şəhərində keçirilən sərbəst güləş üzrə Azərbaycan SSR birinciliyində, gənclər arasında I yerə layiq görülmüşdür. Tibb Universitetini bitirdikdən sonra, 1965-ci ildə İmişli, sonra isə Şamaxı şəhərinə təyinat almışdır və ömrünün sonuna dək Şamaxı şəhər MRX-nın Sinir xəstəlikləri şöbəsinin müdiri işləmişdir. Üç övladı var.