Nazim Fikrət oğlu Hüseynov — Azərbaycanfilm kinostudiyasının sabiq direktoru.
Nazim Hüseynov |
Doğum tarixi |
6 sentyabr 1966(1966-09-06) (58 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Nazim Fikrət oğlu Hüseynov Bakıda anadan olub. M. Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Neft-mədən fakültəsində (1990), Rusiya Federasiyası Prezidenti yanında Təsərrüfat və Dövlət Qulluğu Akademiyasının Dövlət və bələdiyyə idarəçiliyi ixtisasında (2018) təhsil alıb. "215 KL" Müstəqil televiziya şirkətində maliyyə direktoru (1992–1997, 1999–2010), Space Teleradio Şirkətində reklam və kommersiya departamentinin direktoru (1997–1999), "Salnamə" Sənədli Filmlər studiyasının direktor müavini olaraq çalışıb. "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsini icra edib (2020). II Bakı Beynəlxalq İdman Filmləri Festivalının, III, IV, V Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru olub. 2013-cü ildən "Salnaməfilm" studiyasının, 2022-ci ildən "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Bir neçə bədii, 60-dan çox sənədli filmin prodüseridir.
- Azərbaycan xalçası (1997, qısametrajlı sənədli film) – direktor
- Yeddi oğul istərəm, bircə dənə qız gəlin (2002, qısametrajlı sənədli film) – direktor
- Onun ürəyi (2010, qısametrajlı bədii film) – icraçı prodüser
- Hüseyn xan Naxçıvanski. Qayıdış (2014, qısametrajlı sənədli film) – prodüser
- Qafqazdan Appeninə (2014, qısametrajlı sənədli film) – prodüser
- Qalib (2014, qısametrajlı sənədli film) – prodüser
- Mən Bakını sevirəm (2014, qısametrajlı sənədli film) – prodüser
- Mən evə qayıdıram (2014, tammetrajlı bədii film) – icraçı prodüser
- Uçmaq istəyirəm (2014, qısametrajlı sənədli film) – prodüser
- Vətən qeyrəti (2014, qısametrajlı sənədli film) – prodüser
- Naftalan cövhəri (2015, qısametrajlı sənədli film) – prodüser
- Polkovnik (2015, qısametrajlı sənədli film) – prodüser
- Sübhdən başlanan həyat (2015, qısametrajlı sənədli film) – prodüser
- Yüksəliş (2015, tammetrajlı sənədli film) – prodüser
- Bakı Avropa Oyunları 2015 (2016, tammetrajlı sənədli film) – prodüser
- Bakı əsrlərin aynasında (2016, tammetrajlı sənədli film) – baş prodüser
- Cırtdan və sehirli xalat (2016, animasiya filmi) – prodüser
- Daşın yaddaşı (2016, qısametrajlı sənədli film) – prodüser
- Hapıtlar (2016, qısametrajlı sənədli film) – prodüser
- Qırmızı bağ (2016, tammetrajlı bədii film) – icraçı prodüser
- Aprel yüksəkliyi (2018, qısametrajlı sənədli film) – prodüser
- Cümhuriyyət tələbələri (2018, qısametrajlı sənədli film) – prodüser
- İki əsgər (2018, qısametrajlı sənədli film) – prodüser
- Qəhrəmanlıq zirvəsi (2018, qısametrajlı sənədli film) – prodüser
- Memar (III) (2018, qısametrajlı sənədli film) – prodüser
- Məni yada salarkən… (2018, qısametrajlı sənədli film) – prodüser
- 36 bahar (2019, qısametrajlı sənədli film) – prodüser
- 777 (2019, qısametrajlı sənədli film) – prodüser
- Bir elin Şahları (2019, qısametrajlı sənədli film) — prodüser
- Cırtdan və sehrli xalat. 2-ci hissə (2019, animasiya filmi) – prodüser
- Əbədiyyətə uçuş (2019, qısametrajlı sənədli film) – prodüser
- Göylərə bağlı Səfa… (2019, qısametrajlı sənədli film) – prodüser
- Komandir (2019, qısametrajlı sənədli film) — prodüser
- Qartal yuvası (2019, qısametrajlı sənədli film) – prodüser
- Mən gəncəliyəm (2019, qısametrajlı sənədli film) – prodüser
- Saxurlar (II) (2019, qısametrajlı sənədli film) – prodüser
- Silahdaşlar (2019, tammetrajlı sənədli film) – prodüser
- Avarlar (III) (2020, qısametrajlı sənədli film) – prodüser
- Hər şey yaxşı olacaq (2020, qısametrajlı sənədli film) – prodüser
- Ləzgilər (2020, qısametrajlı sənədli film) – prodüser
- Malakanlar (II) (2020, qısametrajlı sənədli film) – prodüser
- Rutullar: Yol qeydləri (2020, qısametrajlı sənədli film) – prodüser
- Sonuncu (III) (2020, qısametrajlı sənədli film) – prodüser
- Vətənin sipəri, mərdin təpəri (2020, qısametrajlı sənədli film) – prodüser
- Bizim komandir (2021, qısametrajlı sənədli film) – prodüser
- Oğlumun gündəliyi (2021, qısametrajlı sənədli film) – prodüser