Nazim Mustafayev (kimyaçı)

Nazim Mustafayev (tam adı: Nazim Pirməmməd oğlu Mustafayev; 9 aprel 1941, Nuxa)— kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, professor, kimya üzrə elmlər doktoru.

Nazim Mustafayev
Doğum tarixi 9 aprel 1941(1941-04-09) (83 yaş)
Doğum yeri
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı
ica.az

Nazim Mustafayev 1941-ci il aprelin 9-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada təhsilini davam etdirmək üçün saxlanılmış, lakin elmi-tədqiqat işini Universitetin ezam olunmuş aspirantı kimi akademik Ə. M. Quliyevin rəhbərliyi ilə əvvəl Neft-Kimya Prosessləri, sonra isə Aşqarlar Kimyası İnstitutunda yerinə yetirmişdir. 1968-ci ildə "Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd- və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusu üzrə kimya üzrə fəlsəfə doktoru, 1991-ci ildə isə "Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyrilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları" mövzusunda kimya üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 1966-cı ildə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya yağları üçün aşqarlar" laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilən N. Mustafayev ardıcıl olaraq böyük mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1983-cü ildən bu günə qədər laboratoriya müdiri kimi elmi fəaliyyətini davam etdirir. O, eyni zamanda 1988–1998-ci illərdə İnstitutun struktur bölməsi olan "Aşqar kompozisiyaları" şöbəsinə ictimai əsaslarla rəhbərlik etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Professor Nazim Mustafayevin ellmi fəaliyyətinin əsas istiqaməti element-üzvi birləşmələrin, xüsusən kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılmasıdır. Kimyəvi quruluş və yağlama xassələri arasında qarşılıqlı əlaqəni müəyyənləşdirmək məqsədilə ksantogen, ditiokarbamin və tritiokarbonat turşularının funksional qrupların təbiəti və molekuldakı yeri ilə fərqlənən çox müxtəlif törəmələri sintez edilmişdir. Maddələrin məqsədyönlü sintezi prosesində tiokarbonat turşuları törəmələrinin bir sıra yeni alınma üsulları, o cümlədən, ksantogen turşularının – a, b-doymamış turşulara və turşu efirlərinə birləşməsi, amin və karbonsulfidin akrilonitril, akril və malein turşuları efirlərinə birgə birləşməsi, hidroksimetilksantogenat və tritiokarbonatların homokondensləşməsi, habelə spirt, merkaptan və aminlərlə kondensləşməsi, fenolların və amidlərin ksantogenatometilləşməsi, ksantogenatların katalizator iştirakı ilə ditiolkarbonatlara çevrilməsi, ditiokarbamatların heterotsiklik törəmələrinin alınması üsulları işlənilmiş, bununla da üzvi kimyanın çox perspektiv bir sahəsi – tiokarbonat turşuları (TKT) törəmələri kimyası inkişaf etdirilmişdir. Sintez edilmiş fərqli quruluşa malik çoxsaylı yeni və məlum element-üzvi birləşmələrin sistematik tədqiqi onların kimyəvi quruluşu ilə yağlayıcılıq effekti, habelə korroziya və oksidləşməyə qarşı xassələri arasında asılılığın vacib təzahür formalarını aşkar etməyə imkan vermişdir. Bu tədqiqatlar nəticəsində daha təsirli və çoxfunksiyalı aşqarların yaradılmasının elmi əsasları əhəmiyyətli dərəcədə zənginləşmişdir. Onun tərə-findən yaradılmış və istehsal texnologiyası hazırlanmış yeni aşqarlar, transmissiya və sənaye yağları Rusiya Federasiyasında tətbiq tapmış, o cümlədən sürtünməyə qarşı ИХП-14М aşqarı Yaroslavl neft emalı zavodunda 1990-cı ildən istehsal edilir. Motor yağları və gəmi qazturbin yağına aid işləmələri Azərbaycanda tətbiq tapmışdır. Azərbaycan suverenlik əldə etdikdən sonra N. Mustafayevin rəhbərliyi ilə Bakı baza yağları və ИХП-14M aşqarı da daxil olmaqla respublikaya gətirilən sənaye aşqarları əsasında toxuculuq dəzgahları üçün ВНИИ НП-403 və ВНИИ НП-406 yağlarının, "Azərneftyanacaq" Neft Emalı zavodunun xarici markalı sənaye avadanlıqları üçün reduktor və hidravlik yağların, "Neft Daşları" Neft və Qazçıxarma idarəsinin sifarişi ilə Gəmi qazturbin yağının, ağır yüklü mexanizmlərin hidravlik sistemləri üçün "ЕШ" markalı yağın, gəmilərin tənzimləyici vintləri üçün "ГЖД-14с" hidravlik mayenin və bir çox başqa təyinatlı transmissiya və sənaye yağlarının analoqları yaradılmışdır. Gəmi qazturbin yağı 1993-cü ildən "Neft Daşları" NQÇİ-də tətbiq edilir və stasionar qaz turbinlərinin normal və etibarlı işini təmin edir. O, Azərbaycan və Belarus hökumətləri arasında bağlanmış sazişlə əlaqədar olaraq AKİ və Belarus Milli Elmlər Akademiyasının Yeni materialların Kimyası İnstitutunda 2010-cu ildə birlikdə yerinə yetirilmiş "Yüksək keyfiyyətli sürtkü kompozisiyalarının və ekoloji təhlükəsiz yanacaqların işlənib hazırlanması" qrant layihəsinin icraçı iştirakçısı olmuşdur.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Nazim Mustafayev 210 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərinin təxminən 40-a yaxını xaricdə çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Исследование эфиров ксантогеновых кислот как ингибиторов коррозии металлов. // Коррозия и защита нефте-газодобывающей промышленности. 1971, № 1, cтр. 12–13. // Кулиев А. М., Зейналов С. Д., Гасанзаде Г. Р.
  • Синтез и свойства 2-алкоксиэтиловых эфиров дитиоугольных и дитиокарбаминовых кислот. // Органичекской Химии. 1974, т.10, вып.7, стр. 1438–1442. // Гусейнов Х. К., Ибрагимов Н. Ю., Гасанзаде Г. Р.
  • Эффективность смазывающего действия производных ксантогеновых кислот. // Химия и технология топлив и масел. 1989, № 5, стр. 19–21. // Блинникова Н. А., Исмаилов И. П.
  • Многофункциональная присадка к смазочным маслам на основе сульфометилированного моносульфидалкилфенола. // Азербайджанское нефтяное хозяйство",1997, № 11–12, стр. 54–56. // Абдуллаев Н. Г., Фарзалиев В. М.
  • Термические исследования некоторых производных тиоугольных и дитиофосфорных кислот. // Азерб. Химический журнал. 2002, № 2, стр. 51–55. // Акчурина Т. Х., Кулиева М. А., Рамазанова Ю. Б.
  • Подбор вязкостных присадок для гидравлических жидкостей. // Нефтепереработка и нефтехимия. 2006. № 5, с. 24–26. // Кулиева М. А., Гахраманова Г. А., Новоторжина Н. Н., Сафарова М. Р., Мусаева Б. И.
  • N-Алкоксиметилирование хлорацетамида и амидсодержащих произ-водных О-алкилксантогенатов. // Азербайджанский химический журнал. 2008. № 2, с. 87–90. // Гаджиева И. Б., Алиев А. Б., Новоторжина Н. Н.
  • S-Циннамиловые эфиры тиоугольных кислот в качестве присадок к смазочным маслам. // Прикладной химии. 2008. Т.81. № 9, с. 1442–1448. // Кулиева М. А., Рамазанова Ю. Б., Мустафаев К. Н., Новоторжина Н. Н.
  • Синтез ацилоксиалкиловых эфиров тиоугольных и дитиокарбаминовых кислот. // Органической химии. 2013. Том 49. № 2, с. 210–214. // Кулиева М. А., Мустафаев К. Н., Кулибекова Т. Н., Гахраманова Г. А., Сафарова М. Р., Новоторжина Н. Н.
  • Амортизаторная жидкость для амортизаторов грузовых автомобилей и спецтехники. // Нефтепереработка и нефтехимия. 2015. № 1, стр. 42–44. // Мусаева Б. И., Сафарова М. Р., Исмаилов И. П., Мустафаева Е. С.
  • Масла для тяжелонагруженных зубчатых передач промышленного оборудования, работающих при высоких нагрузках и температурах. // Нефтепереработка и нефтехимия, 2016. № 11, стр. 47–50. // Мусаева Б. И., Сафарова М. Р., Мустафаева Е. С.

Müəllif şəhadətnamələri

[redaktə | mənbəni redaktə et]
  • Способ получения β-цианэтиловых эфиров ксантогеновых кислот. // А.с. 339545. (CCCP) Б. И., 1972 № 17. // Кулиев А. М., Гасанзаде Г. Р., Эфендиева Х. К.
  • Способ получения карбоксилсодержащих эфиров ксантогеновых кислот. // А. с. 432139. (CCCP) Б. И. 1974 № 22. // Эфендиева Х. К., Новоторжина Н. Н.
  • Ненасыщенные эфиры 0,0-диалкилдитиофосфорных кис-лот в качестве противозадирных присадок к смазочным маслам. // А.с. 941379. (CCCP) Б. И. 1982, № 25. // Кулиев А. М., Кулиева М. А., Сафарова М. Р., Ибрагимов Н. Ю.
  • Циннамилдиэтилдитиокарбамат в качестве противозадирной присадки к смазочным маслам. // А.с. 1062206. (CCCP) Б. И. 1983, № 47. // Кулиев А. М., Кулиева М. А., Рамазанова У. Б., Ибрагимов Н. Ю.
  • Оксидиметиленбис(ксантогенаты) в качестве противозадирных присадок к смазочным маслам. // А.с. 1361141. (CCCP) Б. И. 1987, № 47. // Блинникова Н. А., Новоторжина Н. Н.
  • 3,4-Дигидро-3-фенил-6-фенилазо-2H-1,3-бензоксазин в качестве антиокислительной присадки к синтетическим смазочным маслам. // А.с. 1498764, (CCCP) Б. И. 1989, № 29. // Гусейнов С. А., Мамедов Ф. А., Джавадова А. А., Арзуманова И. Ю.
  • Бензоилоксиметиловый эфир бутилтритиоугольной кислоты в качестве противозадирной присадки к смазочным маслам. // А.с. 1759836. (CCCP) Б. И. 1992, № 33. // Кулиева М. А., Кулибекова Т. Н., Новоторжина Н. Н.
  • Индустриальное масло. // А.с. 1785265, 1992 (CCCP) ДСП. // Кулиева М. А., Мусаева Б. И., Кулиев Р. Б., Рамазанова Ю. Б., Фарзалиева С. М.
  • Ksantogen turşularının benzoiloksimetil efirlərinin alınma üsulu. // Azərbaycan patentii 2000 0163. // Quliyeva M. Ə., Qulubəyova T. N.
  • 2-Butenilen-1,4-bisalkilksantogenatlar sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi. // Azərbaycan patenti i 2002 0011, 25.11.2002. Rəsmi bülleten 2002, № 4, с.46. // Musayeva B. İ., İsmayılov İ. P.
  • Neft-mədən avadanlığının mancanaq dəzgahlarının reduktorları üçün yağ. // Azərbaycan patenti i 2005 0033. // Abdullayev B. İ., Fərzəliyev V. M., Musayeva B. İ., Qəhrəmanov X. T.
  • Metalkəsmə dəzgahlarının sirkulyasiya sistemləri üçün yağ. // Azərbaycan patenti i 2008 0056. // Quliyeva M. Ə., Musayeva B. İ., Səfərova M. R., Novotorjina N. N.
  • Ksantogen turşularının hidroksalkilbenzil efirlərinin alınma üsulu. // Azərbaycan patenti i2012 0037. // Novotorjina N. N., Fərzəliyev M. F., Mustafayev K. N.
  • 2.2′-Metilenbis(4-alkil-6-ksantogenatometil-fenol)lar sürtkü yağlarına korroziya və oksidləşməyə qarşı aşqar kimi. // Azərbaycan patenti i2013 0048. // Mustafayev K. N., Fərzəliyev M. F., Novotorjina N. N., Abdullayev B. İ.
  • Diizopropilditiofosfat turşusunun -(etoksitiokarboniltio)etil efiri transmissiya yağlarına çoxfunksiyalı aşqar kimi. // Az.patent i2016 0094. // Musayeva B. İ., Novotorjina N. N., Qəhrəmanova Q. A., İsmayılov İ. P.
  • Benziliden-bis-alkilksantogenatlar sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi. // Az.patent i2016 0096. // Mustafayev K. N., Musayeva B. İ., Novotorjina N. N., Qəhrəmanova Q. A., İsmayılov İ. P.
  • Diizopropilditiofosfat turşusunun 2[(butiltio)tiokarboniltio]etil efiri sürtkü yağlarına siyrilməyə qarşı aşqar kimi. // Az. pat. i2016 0098. // Musayeva B. İ., Novotorjina N. N., Mustafayev K. N., İsmayılov İ. P.

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Nazim Mustafayev neft kimyası, sürtünmə və yeyilmə problemləri ilə bağlı MDB ölklələrində keçirilən Beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, apardığı elmi-tədqiqat işlərinin nəticələrini məruzə etmişdir.

  • XII научный сессии по химии и технологии органические соединение серы и сернистый нефтей. Рига, Зинатне, 1971, c. 445. // Синтез и исследование некоторых эфиров ксантогеновых кислот в качестве присадок к смазочным маслам. // Гасанзаде Г. Р., Эфендиева Х. К.
  • XII Менделеевского съезда по общей и прикладной химии. М. Изд. "Наука", 1981, № 4, стр. 97. // Синтез и исследование эфиров ксантогеновых кислот в качестве противоизносных присадок к смазочным маслам. // Кулиев А. М., Мусаева Б. И., Кулиева М. А., Сафарова М. Р.
  • Научной семинар "Теория трения и изнашивания Межведомственного совета по трибологии при АИ СССР, ГНГСССР, Союза НИО СССР, г. Харьков, 1989, стр. 17. // Смазывающие эффектитвности легированных тритиокарбонатами масел. //
  • V Всесоюзная конференция. Триботехника машиностроение. Нижний Новгород, 1991. стр.145. // Синтез и исследование S, P-содержащих соединений. // Рамазанова Ю. Б., Халилов Ф. С., Новоторжина Н. Н.
  • 18-ой конференции по химии и технологии органических соединений серы. Казань, 1992, стр. 34–35. // Синтез карбоксилсодержащих эфиров тритиоугольных кислот. // Эфендиева Х. К.
  • Международной симпозиум "Проблемы экологии в нефтепереработке и нефтехимии". Уфа, 1995, стр. 21. // Композиции присадок к моторным маслам, содержащие полиметакрилатные депрессаторы. // Фарзалиев В. М., Джавадова А. А., М. Саид Акат.
  • IV Международной научно-технической конференции альтернативные источники сырья и топлива (АИСТ-2013), Минск, 28–30 мая 2013г., стр. 49. // Cинтез эфиров ксантогеновых кислот. // Х. К. Эфендиева М. Р. Сафарова С. Б. Мамедкеримova.
  • V Международная научно-техническая конференция Альтернативные источники сырья и топлива (АИСТ-2015), 26 – 28 мая 2015 г, г. Минск, Беларусь, cтр. 46. // Синтез некоторых производных карбоксилсодержащих эфиров ксантогеновых кислот. // Эфендиева Х. К., Мустафаев К. Н., Акчурина Т. Х., Исмаилова Г. Г.

Xarici ölkələrin elmi mərkəzlərində iştirakı

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə Türkiyədə elmi ezamiyyətdə olmuş və Firat Universitetində "Aşqarlar kimyası" mövzusunda məruzələrlə çıxış etmişdir.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

N. Mustafayev uzun müddət "Neft kimyası" ixtisası üzrə elmi dərəcələr verən ixtisaslaşdırılmış şuraların (AKİ, NKPİ) tərkibində işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə ekspert şurasının üzvüdür. AMEA Aşqarlar Kimyası İnstitutu: Nazim Mustafayev 1983-cü ildən Aşqarlar Kimyası İnstitutunda "Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları" laboratoriyasına rəhbərlik edir. Rəhbərlik etdiyi laboratoriya illər ərzində kükürdlü, fosforlu və xlorlu üzvi maddələrin sintezi, sürtkü yağlarına aşqar kimi tədqiqi və müasir texnikanın tələblərini ödəyən sürtkü kompozisiyalarının yaradılması sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Professor Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu ildə elan etdiyi qrant müsabiqəsinin qalibi olan "Yerli xammal və yeni aşqar kompozisiyası əsasında gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağının yaradılması" adlı (EİF-2010–1(1)-40/35-M-4) layihənin rəhbəri olmuşdur.

Dissertantlara elmi rəhbərlik və opponent

[redaktə | mənbəni redaktə et]

Professorun seçdiyi fəlsəfə doktoru və elmlər doktorluğu üzrə dissertasiya mövzuları aktual problemlərin araşdırılmasına həsr olunur. Professor Nazim Mustafayevin rəhbərliyi ilə 1 elmlər doktoru və 6 fəlsəfə doktoru hazırlanmışdır. Fəlsəfə doktorları

  • Гусейнов Халил Керим оглы. Синтез и исследование эфиров ксантогеновых и дитиокарбаминовых кислот в качестве присадок к маслам применяемым в трансмиссиях. / ИХП АН Азербайджана.- Баку.- 1976.-(02.00.03).
  • Новоторжина Неля Николаевна. Синтез и исследование метилзамещенных эфиров ди-, тритиоугольных и дитиофосфорных кислот в качестве присадок к смазочным маслам. / ИХП АН Азербайджана.- Баку.- 1988.-(02.00.03).
  • Рамазанова Юлдуз Беюк Ага кызы. Замещенные аллиловые и бензиловые эфиры тиоугольных, дитиокарбаминовой и дитиофосфорной кислот в качестве присадок к смазочным маслам. / ИХП АН Азербайджана.- Баку.- 1992.-(02.00.03).
  • Блинникова Надежда Александровна. Смещенные полифункциональные эфиры тиоугольных и дитиофосфорных кислот в качестве присадок к смазочным маслам. / ИХП АН Азербайджана.- Баку.- 1993.-(02.00.03).
  • Джавадова Ельмира Мехти кызы. Разработка смазочных композиций с улучшенными защитными свойствами. / ИХП АН Азербайджана.- Баку.- 2007.-(02.00.03).
  • Мамедкеримова Севиль Бергах кызы. Разработка новых смазочных композиций для форсированных транспортных дизелей на основе бакинских масел. / ИХП АН Азербайджана.- Баку.- 2007.-(02.00.03).

Elmlər doktorları:

  • Cavadova Həqiqət Ələsgər qızı. "Motor yağlarına yeni aşqarlar kompozisiyalarının yaradılması və tətbiqi. / AMEA AKİ. −1992. –(2314.01).
  • "V. İ. Leninin 100-illik yubileyi" medalı (1970).
  • "Əmək veteranı" medalı (1987)
  • Türkiyə Firat Unuversitetinin "Xatirə" medalı (1991)
  • AMEA Rəyasət Heyətinin Fəxri fərmanları (2001, 2006, 2011).