Nazim Zahid

1 oktyabr 1960-cı ildə İmişli rayonu, Qaravəlili kəndində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. Orta məktəbdə oxuduğu dövrdən ədəbi yaradıcılıqla məşğul olur. Hal hazırda İmişli rayonu, Qafar Babaşov adına Qaravəlili kənd tam orta məktəbində rus dili müəllimi kimi çalışır.

Nazim Zahid
Doğum tarixi 1 oktyabr 1960(1960-10-01) (63 yaş)
Doğum yeri Qaravəlili, İmişli rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Ədəbi uğurları[redaktə | mənbəni redaktə et]

Xalq şairi Məmməd Araz onun yazılarını bəyənmiş və "Azərbaycan təbiəti" jurnalında şeirlərinin, hekayələrinin, məqalələrinin çap olunmasını məsləhət bilmişdir.

Şair Nazim Zahid "Yağış altda yol gedirəm", "Yarımçıq monoloq", Yarımçıq nəfəsdi ömür", "Girov Qan"[1] adlı kitabların müəllifidir.

Azərbaycan Yazıçılar birliyinin üzvüdür. Yazıçılar birliyinin Aran bölməsinin nəzdində yaranmış "Duyğu" ədəbi birliyinin sədridir. "İti qələm" Respublika ədəbi birliyinin də üzvü olan Nazim Zahid ədəbi yaradıcılığına görə "İti Qələm" fəxri diplomuyla təltif olunub.

2004- 2009-cu illərdə nəşr olunan "Səmərə" adlı müstəqil qəzetinin təsisçi və baş redaktoru olub. Həmin qəzet fəaliyyətdə olduğu dövürdə İREX Beynəlxalq təqdiqatlar və mübadilələr şurası tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Bir neçə dəfə televiziyada, radioda ədəbi yaradıcılığı ilə bağlı çıxışlar etmiş Nazim Zahid hazirda yaradıcılığını davam etdirir. Vaxtaşırı mətbuatda çap olunur.

Kitablar[redaktə | mənbəni redaktə et]

  1. Yağış altda yol gedirəm
  2. Yarımçıq monoloq
  3. Yarımçıq nəfəsdi ömür
  4. Girov qan

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-25.