Bu adın digər istifadə formaları üçün bax:
Nazir.
Nazir — hökumət üzvü, nazirlik rəhbəri. Nazirlər dövlət xadimi hesab edilir.
Bir sıra ölkələrdə nazirlər xüsusi kateqoriyalara bölünürlər. Məsələn, Böyük Britaniyada:
- Sahə nazirliklərinə rəhbərlik edən nazirlər;
- Xüsusi tapşırıqlar yerinə yetirən nazirlər (portfelsiz nazirlər);
- Nazir müavinləri hesab edilən dövlət nazirləri;
- Nazirliklərin parlamentlə əlaqələrinə cavabdeh olan kiçik nazirlər.