Nazlı Hüseynquliyeva

Nazlı Hüseynqulu qızı Hüseynquliyeva (7 fevral 1960, Naxçıvan) — Azərbaycanın görkəmli teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti.

Nazlı Hüseynquliyeva
Nazlı Hüseynqulu qızı Hüseynquliyeva
Doğum tarixi (64 yaş)
Doğum yeri Naxçıvan şəhəri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyət illəri 1997-indiyə kimi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2020

Hüseynquliyeva Nazlı Hüseynqulu qızı. 1960-cı il fevral ayının 7-də Naxçıvan şəhərində anadan olub. 1997-ci ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa kimi işə başlayıb. Nazlı Hüseynquliyeva teatrın səhnəsində Telli (Ü.Hacıbəyov. "Arşin mal alan"), Melina (N. Həsənzadə "Pompeyin Qafqaza yürüşü"), Ana (İ. Coşğun. "Ana laylası") Pəri (Ə.Əsgərov. "Qız atası"), Məryəm (S.Vurğun "Fərhad və Şirin"), Bəlx hökmdarı (K.Ağayeva "Məhsəti"), Zəhra (A. Məmmədov "Həmyerlilər"), Nona ( R. Muxtar "Şəhərli kürəkən") və başqa müxtəlif rollar oynayıb. Həmçinin Naxçıvan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda çıxış edib.

Nazlı Hüseynquliyeva 2008-ci ildə Prezident mükafatçısı olub.

5 mart 2020-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.