Neştərçələr

Neştərçələr (lat. Branchiostoma; əvvəllər Amphioxus), Başıxordalılar yarımtipinin (lat. Cephalochordata) neştərçələr fəsiləsindən (lat. Branchiostomidae) sadə dəniz heyvan cinsi.

Neştərçələr
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Neştərçələr
Beynəlxalq elmi adı

Neştərçə mötədil və tropik qurşaqda olan dənizlərin bir çoxunun, o cümlədən qara dənizin qumlu dayaz yerlərində yaşayır. O, qum içərisində olur, lakin başını və bədəninin qəlsəmə yarıqları olan ön hissəsini qumdan kənarda saxlayır.

Xarici görünüşü. Neştərçənin bədəni uzunsov olub, 8 sm-ə çatır. Onun yanlardan basıq və yarımşəffaf bədəninin hər iki ucu sivridir. Bədənini xüsusi pərdə əhatə edir.

Bel üzgəci, quyruq üzgəci və quyruqaltı üzgəc bu pərdədən əmələ gəlir. Quyruq üzgəci neştərə oxşadığı üçün bu heyvana neştərçə adı verilmişdir. Onun bədəninin yanları ilə bir cüt dəri qatı uzanır. Bu qatlar bədənin gerisində bir-birilə və quyruqaltı üzgəclə birləşir. Udlaq hissəsinin yanlarında, dəri altında qəlsəməətrafı boşluq əmələ gəlir. Bu boşluğun sonu xüsusi dəlikİə xaricə açılır. Həmin dəlik atrial dəlik və ya at-riopor adlanır. Qəlsəməətrafı boşluğun əmələ gəlməsi qəlsəmələrə yad cisimcikİərin keçməsinin qarşısını alır. Bu, quma girən heyvan üçün vacibdir. Atriopordan geridə anal dəlik yerləşir. Neştərçənin qıfşəkilli ağzını dəri çıxıntıları əhatə edir.

Dəri örtüyü

[redaktə | mənbəni redaktə et]

Sonrakı xordalılarda ol-duğu kimi neştərçənin dərisi üstdə olan epidermis və altda yerləşən kutis (əsil dəri) qatlarından ibarətdir. Dərinin epidermis qatı onurğasızlarda olduğu kimi təkqatlıdır (onurğalılarda epidermis çoxqatlı olur), kutis qatı həlməşikİi toxumadan əmələ gəlmişdir. Daxili quruluşu. Neştərçənin daxili quruluşu sadədir. Onun kəlləsi yoxdur. Xordası, əzələləri, həzm, tənffüs, qan-damar, sinir sistemləri və hiss orqanları var. Xorda. Xorda bütün bədən boyu uzanır, elastikİidir. Xorda entoderma mənşəlidir. Xorda bir-birilə birləşmiş xüsusi hüceyrələrdən əmələ gəlmişdir. O, daxili skelet rolunu oynayır, yəni orqanlar üçün istinad vəzifəsini yerinə yetirir. Onun elastikİiyi neştərçənin hərəkətini, o cümlədən quma girməsini asanlaşdırır. Xordanı birləşdirici toxuma qatı əhatə edir. Əzələləri. Neştərçənin iki lentşəkilli əzələsi var. Bunlar xordanın yanları ilə uzanır. Onun bədəni buğumlu olduğundan əzələlər də buğumlar üzrə yerləşmişdir. Hər buğum bir əzələ miomeri adlanır. Miomerlər bir-birindən birləşdirici toxuma qatı ilə ayrılır. Miometrlərin bədəninin yanlarında yerləşməsi neştərçənin əyilərək hərəkət etməsinə imkan verir.

Həzm sistemi. Bu sistem ağızdan, udlaqdan və bağırsaqdan ibarətdir. Dəyirmi dəlikİə başlayan ağız qıfa oxşayır. Onun ətrafında hissedici çıxıntılar vardır. Ağız dəliyi geniş udlağa keçir. Udlağm dibində uzununa yerləşən çökəklik var. Bu çökəkliyin içərisi vəzili və kirpikİi epiteli qatı ilə örtülüdür. Burada selik ifraz olunur. Selik yapışqanlıdır. O, kirpikİərin hərəkəti nəticəsində əvvəlcə ağız dəliyinə tərəf, sonra isə bağırsağa doğru hərəkət edir. Bu zaman su ilə ağızdan daxil olan yemlər (ibtidailər, birhüceyrəli yosunlar və s.) yapışqanlı selik axını ilə birlikdə bağırsağa aparılır. Bağırsaq anus dəliyi ilə xaricə açılır. Bağırsağın ön hissəsinin alt tərəfində qaraciyər çıxıntısı var.

Neştərçənin tənəffüsü qidalanması ilə əlaqəlidir. Məlumdur ki, onun udlağının hər tərəfində 100-dən çox qəlsəmə yarıqları var. Bu yarıqlar bir-birindən arakəsmələrlə ayrılır. Arakəsmələrin üzəri kirpikİi epiteli hüceyrələri ilə örtülüdür. Ağız dəliyindən daxil olan su udlaqdan qəlsəmə aparatına keçir və onun səthi ilə axaraq xaricə çıxır. Bu zaman suda həll olmuş oksigen qana keçir və neştərçənin tənəffüsü təmin olunur.

Qan-damar sistemi. Bu sistem qapalıdır, yəni qan yalnız damarlarla kərəkət edir. Damarlar, əsasən, ikidir: bel qan damarı və qarın qan damarı. Neştərçənin ürəyi yoxdur. Ona görə də damarlarda qanın hərəkəti qarın qan damarının doyünən hissəsi və bir neçə xırda damarların yığılıb-açılması ilə təmin edilir. Bu cür hərəkətə gətirilən venoz qan (tərkibində karbon qazı çox olan "çirkİi" qan) qəlsəmələrə gəlir. O, qəlsəmələrdə suda həll olmuş oksigenlə zənginləşərək arterial qana (oksigenlə zəngin "təmiz" qana) çevrilir. Arterial qan qəlsəməüstü damarlara yığılır. Buradan başa tərəf bir cüt kiçicik yuxu arteriyası ayrılır. Qanın qalan hissəsi bel qan damarı ilə geriyə, bədənin sonuna qədər axır. Bel qan damarından daxili orqanlara müvafiq kiçik damarlar ayrılır, orqanizm qanla təmin olunur, Venoz qan quyruq venasına yığılır. Bu vena arxa sağ və sol venalara ayrılır. Arxa venalar bədənin ortasında öndən gələn sağ və sol venalarla birləşib sağ və sol Küvye axarlarına, daha sonra vena sinusuna açılır, buradan isə qarın aortası başlayır. Neştərçənin dərisi çox nazikdir. Ona görə də qan dəri vasitəsilə də oksigenlə zənginləşə bilir. Udlaq üzərində 100 cütdən çox qəlsəmə yarıqları olur. Ağızdan daxil olan su qəlsəmələrdən keçərək qanı oksigenlə zənginləşdirir.

İfrazat orqanlarının quruluşu həlqəvi qurdların ifrazat orqanları kimidir. Yəni metanefridilərlə yerinə yetir. Bunlar metamer quruluşlu olub hər bir buğumda yerləşir.

Sinir sistemi. Bu sistem xordanın üst tərəfi ilə bədən boyu uzanan sinir borusundan ibarətdir. Rüşeymin sinir borusunun boşluğu xüsusi dəlik vasitəsilə xariclə əlaqələnir. Yaşlı fərdlərdə bu əlaqə kəsilir, əlaqə yerində qoxu çökəkİiyi əmələ gəlir. Sinir borusunun yanlarından sinir telləri çıxır. Hər əzələ buğumuna bir cüt sinir gedir. Bunların biri bel, digəri qarın siniridir. Bədənin fəaliyyəti bu sinirlərlə idarə edilir.

Hiss orqanları

[redaktə | mənbəni redaktə et]

Buraya xüsusi gözcükİər, dərinin hissedici hüceyrələri və qoxu çökəkliyiİiyi aiddir. Xüsusi gözcükİər sinir borusu boşluğunun (nevrosölün) yanlarında yerləşir. Bunlar işıq hissedici törəmələrdir. Buradan məlum olur ki, neştərçənin beyni işığı hissetmə qabiliyyətinə malikdir. Dərinin hissedici hüceyrələri epidermis qatında yerləşir. Bunlar bədənin hər yerində olur. Qoxu çökəkİiyi sinir borusunun üst divarının ön hissəsində yerləşir. Güman edilir ki, suyun kimyəvi xüsusiyyəti bu çökəkİiyin vasitəsilə duyulur.

8 növü var:

  • B. belcheri (Gray, 1847) — Asiya neştərçəsi
  • B. californiense Andrews, 1893 — Kaliforniya neştərçəsi
  • B. capense Gilchrist, 1902
  • B. caribaeum Sundevall, 1853 — Karib neştərçəsi
  • B. floridae Hubbs, 1922 — Florida neştərçəsi. Meksika körfəzində yayılıb
  • B. lanceolatum (Pallas, 1774) (və ya lat. Amphioxus lanceolatus) — Avropa neştərçəsi
  • B. valdiviae (Goldschmidt, 1905)
  • B. virginiae Hubbs, 1922

[1] Arxivləşdirilib 2017-05-16 at the Wayback Machine