Bu məqaləni vikiləşdirmək lazımdır. |
1976-cı ildə CobsVoznyak və Ronald Ueyn Apple şirkətini təsis etdilər. Cobs uzun illərin dostu olduğu Voznyaka kompüterlərin yığımı və satışına cəlb edə bildi. Şirkət genişləndikcə dostlar təcrübəli menecerlər axtarmağa başladılar.
NeXT Computer | |
---|---|
İstehsalçı | NeXT[d] |
Buraxılış tarixi | 1988 |
Əməliyyat sistemi | NeXTSTEP[d] |
Vikianbarda əlaqəli mediafayllar |
1977-ci ildə Cobs və Voznyak, Apple II-ni bazara təqdim etdilər, o zamanlar Apple II ev bazarında əhəmiyyətli bir yer əldə etmişdi və Applenin kompüter bazarındakı yerini sağlamlaşdırdı. 1980-ci ilin dekabrında Apple Computer xalqa açıldı. Eyni il Apple Computer Apple III-ü bazara çıxardı, lakin bu model bir əvvəlki modelin yerini ala bilmədi.
1978-ci ildə Apple Maykl Skottu National Semiconductordan öz şirkətlərinə baş direktor kimi cəlb edə bildilər. 1983-cü ildə Cobs, Pepsi-Cola şirkətindən Con Skallini Apple şirkətinə rəhbər dəvət edərək demişdi: "Ömrünün sonuna qədər yalnız şəkərli su satmaq istəyirsiz yoxsa mənimlə birlikdə dünyanı dəyişəcəksiz?". O dövrdə Apple prezidenti Maykl Markkula vəzifəsindən getmək istədi. O hesab edirdi ki, Cobsun yeni modellər üçün şəxsi intizamı və enerjisi çatmır.
Həmin il Apple yeni texnologiyalı, ancaq kommersiya cəhətcə uğursuz olan Apple Lisa brendini bazara çıxardı.
Növbəti il Apple Super Bowl finalı efirindəə Ridli Skott tərəfindən yaradılmış "1984" adlı reklam roliki buraxdı. 24 yanvar 1984-cü ildə Apple-nin səhmdarlarının illik ümumi yığıncağında emosional Cobs Macintoshun yeni versiyasını təqdim etdi. Yenilik böyük hay-küylə qarşılandı. Bu Macintosh kompüterinin ilk uğurlu kommersiya layihəsi oldu.