Necâtî

İsa bəy Nəcati (bilinmir, Ədirnə27 mart 1509) — türk divan şairi.

Nəcati
osman. عيسي نجاتى
Doğum tarixi bilinmir
Doğum yeri Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi
Fəaliyyəti şair
Əsərlərinin dili Osmanlı dili

Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub. Sultan Məhəmməd Fatehə yazdığı "Bahariyyə" və "Şitaiyə" qəsidələri ilə Fatehin rəğbətini qazanıb, sultanın divan katibi olub. Şair şöhrətinin zirvəsinə sultan II Bayazidin hakimiyyəti illərində çatıb.

Sultan Məhəmməd Fateh dövrünün sonunda Kastamonudan gələn karvan onun "Dönə-dönə" rədifli qəzəlini Bursaya gətirirdi. Bununla bağlı Kınalızadə Həsən Çələbinin atası Əli Əfəndi öz atası Miri Əfəndidən eşitdiyini danışır: — Zamanın şairləri bursalı Əhməd Paşanın ətrafında toplanır, söhbət edirdik. Bir gün Kastamonudan bir karvan gəldi və o şəhərdə Nuh isimli və "Nəcati" ləqəbli bir şairin zühur etdiyini və "Dönə-dönə" rədifli iki qəzəllə böyük şöhrət tapdığını xəbər verdi. O, Sultan Məhəmməd Fatehə qəzəllər ithaf edib, onun diqqətini cəlb edib. Nəcatinin Sultan Bayazidə də qəsidələr həsr etməsi məlumdur. O, 1483–1504-cü illərdə Sultan Bayazidə qəsidələr yazıb təqdim edib və mükafatlandırılıb. Nəcati Sultan Mahmudun sarayında nişançı olub. Şair Şahzadə Mahmud 913-cü ildə (1508) Manisada vəfat edəndə Dünya evi məşəqqətü rəncü ana imiş, Səhni-səfa dedikləri matəm sera imiş — mərsiyəsini yazmışdı. Özü Sultan Mahmud öləndən bir il sonra — 27 mart 1509-cu ildə vəfat edib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəcatinin divanı qalıb. Nəcati öz divanını onu himayə edən Müəyyəd Zadə Əbdürrəhman Çələbiyə ithaf edib. Aşıq Çələbi onun haqqında bir rəvayəti nəql edir. Bir gün Nəcati Fatehlə şətrəng oynarkən -

Əsər etməz nidəlim ahi-səhər gah sana,
Məgər insaf verə sevdiyim Allah sana.

— mətləli qəzəl yazıb onun nədimlərindən Cekerginin sarığına qoyur. Sultan kağızı görüb alır. Özü də şair olan Fateh başa düşüb 7 ağça ilə onu divan katibi təyin edir. Türk tədqiqatçıları bu hadisəni Sultanın hakimiyyətinin axırına yaxın, hicri 886 (1481)-cı ildən bir il əvvələ aid edirlər. Onun yaşının da bu dövrdə təxminən 25 olduğunu güman edib doğulduğu ili 855–859-cu illər arasında təxmin edirlər. Nəcati qocalandan sonra oğlu Hüseyn Çələbi, damadı Əbdüləziz Çələbi, yaxın dostu Sehi bəy və Nəqqaş Bayramla çox ünsiyyətdə olurdu, söhbət edirdilər. Nəcati ölərkən son qəzəlini də onlara vermişdi. Qəzəl bu beytlə başlanır:

Bir dəm ikən dövləti-dünyayi bir dəm sandılar,
Bu rəna ilə gülzarının ayşını aləm sandılar.

Onun sözügedən əsərlərindən yalnız divanı əldədir. Onun divanından başqa "Münazarayi-gülü Husrev" adlı bir məsnəvisinin olduğunu, ancaq tapılmadığı söylənilir. Bu barədə məlumat verən Sehi bəy təzkirəsində bu məsnəvidən 5 beyti örnək verib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]