Neftin pirolizi

Neftin pirolizi- neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu- piroliz hesab olunur.

  • Hal hazırda neft kimyasının əsas proseslərindən biri xam neftdən doymamış və aromatik karbohidrogenlərin alınması üsulu-piroliz hesab olunur.Bu proses 700-10000 C temperatur intervalında,neft məhsullarının ayrı-ayrı fraksiyalarda alınması ilə aparılır.Qeyd edək ki,proses kimya sənayesini müxtəlif karbohidrogen xammalı ilə təmin etməyə imkan verir.
  • Termiki krekinqin ən sərt forması olan neft və neft məhsullarının piroliz prosesinin əsas təyinati qaz halında olan doymamış karbohidrogenlərin ,əsasən etilen və propilenin alınmasıdır. Bu səbəbdən də çox vaxt neft emalında piroliz qurğularını etilen qurğuları adlandırırlar. Piroliz prosesi həm də benzol və toluol kimi aromatik karbohidrogenlərin alınmasına yönəldilə bilər. Buna görə də neftin pirolizini bəzən neftin aromatlaşdırılması adlandırırlar. Piroliz prosesində neft xammalının çevrilmə sxemi kənardan sadə görünür. Xammal sabit yüksək temperaturlu sobaya daxil olur. Sobada o qaz formasına keçir. Sonra, sobadan çıxan qaz su vurulmasıyla möhkəmləndirilir.Bundan sonra qaz soyudulur. Göründüyü kimi burada adi sobanın klassik iş prinsipinə riayət olunur: xammal hazırlanır-məhsul alınıır –soyudulur. Lakin neftin pirolizindən alınan məhsul tam hazır deyil-çünki növbəti təmizləmə və ayrılma prosesindən keçməlidir. Ona görə də neft xammalının piroliz prosesi üçün təkcə soba yox, həm də rektifikasiya kolonkaları lazımdır.
  • Qeyd etmək lazımdır ki, piroliz prosesi üçün xammal bazası hər bir ölkə üçün müxtəlifdir. Məsələn, ABŞ-də bu məqsədlə adətən qaz halında karbohidrogen götürülür,amma Avropada neftin qovulmasından alınan benzin fraksiyası istifadə olunur. Avropa ölkələrinə nisbətən ABŞ-də neft kimya sənayesinin tarixi daha qədimdir. ABŞ-də avtomobil nəqliyyatının inkişaf tempi daha sürətli olduğundan orada benzin kimi neft məhsuluna tələbat böyük olub. Sənayeni doymamış karbohidrogenlə təmin etmək üçün C2-C5 qaz halında karbohidrogenlərdən istifadə ABŞ neft kimya sənayesinin əsasını təşkil edir. Avropa və MDB ölkələrində isə neft kimya və neft emalı tamam başqa cür inkişaf edirdi. Burada uzun müddət neftin qovulması yanacaq-yağ sxemi üzrə aparılırdı, yəni neftin emalında əsas məhsul kimi kerosin və yağ sayılırdı. Bu sxemdə benzin daha məhsuldar olduğundan, onun əsasında neft-kimya sənayesi yarandı.
  1. Гориславец С.П., Тменов Д.Н., Майоров В.И. Пиролиз углеводородного сырья. // Киев: Наукова думка, 1977. — 309 с.
  2. Д. Вилсон. Утилизация твердых отходов. // М.: Стройиздат, 1985, — 336 с.
  3. Мухина Т.Н., Баранов Н.Л., Бабаш С.Е. и др. Пиролиз углеводородного сырья. // М: Химия, 1987. — 240 с.
  4. Михайлов Г.М., Серов Н.А. Пути улучшения использования вторичного древесного сырья. // М.: Лесная промышленность, 1988. — 224 с.
  5. Ямпольский Ю.П. Элементарные реакции и механизм пиролиза углеводородов. // М: Химия, 1990. — 216 с.
  6. Ахметов С.А. Технология глубокой переработки нефти и газа. // Уфа: Гилем, 2002. — 672 с.
  7. Солодова Н.Л., Абдуллин А.И. Пиролиз углеводородного сырья. // Казань, КГТУ, 2007. — 239 с
  8. Капустин В.М., Гуреев А.А. Технология переработки нефти. Часть 2. Деструктивные процессы. // М.: КолосС, 2007. — 334 с.
  9. Н.М. Городний, И.А. Мельник, М.Ф. Повхан, С.А. Тивончук, В.Д. Гуцуляк, А.Г. Сердюк, Н.Ф. Вовкотруб, В.Б. Ковалев, Надь Лоранд, С.И. Коржан. Биоконверсия органических отходов в биодинамическом хозяйстве. Киев: Урожай 1990, 254 стр.
  10. Д. Вилсон. Утилизация твердых отходов. // М.: Стройиздат, 1985, — 336 с.
  11. Мухина Т.Н., Баранов Н.Л., Бабаш С.Е. и др. Пиролиз углеводородного сырья. // М: Химия, 1987. — 240 с.
  12. Михайлов Г.М., Серов Н.А. Пути улучшения использования вторичного древесного сырья. // М.: Лесная промышленность, 1988. — 224 с.
  13. Ямпольский Ю.П. Элементарные реакции и механизм пиролиза углеводородов. // М: Химия, 1990. — 216 с.
  14. Ахметов С.А. Технология глубокой переработки нефти и газа. // Уфа: Гилем, 2002. — 672 с.
  15. Солодова Н.Л., Абдуллин А.И. Пиролиз углеводородного сырья. // Казань, КГТУ, 2007. — 239 с
  16. Капустин В.М., Гуреев А.А. Технология переработки нефти. Часть 2. Деструктивные процессы. // М.: КолосС, 2007. — 334 с.
  17. Н.М. Городний, И.А. Мельник, М.Ф. Повхан, С.А. Тивончук, В.Д. Гуцуляк, А.Г. Сердюк, Н.Ф. Вовкотруб, В.Б. Ковалев, Надь Лоранд, С.И. Коржан. Биоконверсия органических отходов в биодинамическом хозяйстве. Киев: Урожай 1990, 254 стр.