Nemət Abbasəli oğlu Qasımov (27 yanvar 1940, Didivar, Naxçıvan rayonu) — professor, ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü (1986), Azərbaycan Respublikasının “Əməkdar elm xadimi”.
Nemət Qasımov | |
---|---|
Doğum tarixi | 27 yanvar 1940 (84 yaş) |
Doğum yeri |
1940-cı il yanvar ayının 27-də Naxçıvan MR-nın Babək rayonunun Didivar kəndində anadan olmuşdur. Nemət Qasımov 2016-cı il dekabr ayının 16-da vəfat etmişdir.
1963-cü ildə ADU-nun (indiki BDU) biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1963-1966-cı illərdə ADU-nun Bitki fiziologiyası kafedrasının aspirantı olmuş, 1967-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-ci ildə professor elmi adı almışdır.
N.Qasımov xlorionunun bitkiyə daxil olmasının kinetik qanunauyğunluqları və bitkilərin duzla intoksikasiyasının “Enerji aclığı” konsepsiyasının müəllifidir və bu barədə 1975-ci ildə Sankt-Peterburqda keçirilən XII Beynəlxalq Botanika konqresində məruzə ilə keçmiş SSRİ-ni təmsil etmişdir.1967-1970-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda elmi işçi,1978-1988-ci illərdə ADU-nun Biologiya fakültəsinin dekanı, sonralar Bitki fiziologiyası kafedrasının müdiri vəzifəsində çalışmışdır.
N.A.Qasımov 1986-cı ildə ABŞ-nin İllinoys EA-nın həqiqi üzvü seçilmişdir.1991-ci ildə ABŞ-nin Şimali İllinoys Universitetinə dəvət olunmuşdur.Həmin universitetdə 40 gün müddətində elmi-pedaqoji ezamiyyətdə olmuş, müəllim və tələbələrlə görüşlər keçirmiş, universitetin elmi seminarlarında “Duz tənəffüsü” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Onun Türkiyə, Rusiya, Bolqarıstan,Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdə 100-dən çox elmi əsəri,dərslik və monoqrafiyaları çap edilmişdir.
N.Qasımov 7 dissertasiya işinə elmi rəhbərlik etmiş, onlarla dissertasiya işinin rəsmi opponenti, BDU-nun və biologiya fakültəsinin Elmi Şuralarının,“Bakı Universitetinin Xəbərləri” elmi jurnalının redaksiya heyətinin üzvü olmuşdur.1998-ci ildən İngiltərə-Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin Direktorunun Avropa üzrə və ABŞ Bioqrafiya İnstitutunun səlahiyyətli nümayəndəsi olmuşdur.