Nemeziya

Qədim Yunanıstanda qurdağzı nemeziya adlandırılırdı. Sonradan bu ad vətəni Cənubi Afrika olan bitkilərə verilmişdir. Məlum olan 30 növdən dekorativ gülçülükdə iki növdən və növlərarası hibridlərdən geniş istifadə olunur. Hibrid nemezia (N.x.hubrida) ürəkşəkilli nemeziya və rəngbərəng nemeziyanın çarpazlaşdırılması nəticəsində alınmışdır. Hündürlüyü 60 sm olan budaqlı bitkidir. Müxtəlif rəngli çiçəklər (diametri 2 sm-ə qədər) zoğların uclarında salxım çiçək qrupunda toplanmışdır. Hibrid nemeziyadan əlavə gülçülükdə digər iki növdən də istifadə edilir: ürəkşəkilli nemeziya (N.strumosa) və rəngbərəng nemeziya (N.versicolor). Ürəkşəkilli nemeziyanın güllərinin mahmızı yoxdur, ağzı sallaqdır, rəngbərəng nemeziyanın isə xırda çiçəkləri və uzun mahmızları vardır. İlk cücərtilərdən sonra nemeziyanı iki dəfə seyrəltmək lazımdır. Bitkinin uzun müddət çiçəkləməsi üçün iyulun axırında onun yuxarı hissəsini kəsirlər. Nemeziya birillik kimi istifadə olunan çoxillik bitkidir. Payızda bitkini çıxarıb dibçəyə əkərək otaq bitkisi kimi yetişdirmək olar.

Nemeziya
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine