Neonuar

Neonuar və ya neo-noir (yunan dilində neo, yeni və fransız dilində noir, qara) — açıq bir formada nuar film (qara film) elementlərindən istifadə edən, lakin 1940 və 1950-ci illərin nuar filmlərində rast gəlinməyən, yenilənmiş mövzuları, məzmunu, vizual effektləri və ya medianı[1] özündə birləşdirən, əsasən müasir kinoda yaranmış bir janrdır.

Neonuar termini ilk dəfə olaraq kino tənqidçisi olan Nino Frank tərəfindən irəli sürülmüş, lakin əvvəlcə prodüserlər, tənqidçilər və ya tamaşaçılar tərəfindən nadir hallarda istifadə olunmuşdur. Nuar filmlərin (qara filmlər) klassik dövrü 1940-cı illərin əvvəllərindən başlayaraq 1950-ci illərin axırlarına qədər olan dövrə təsadüf edir. Tipik olan Amerika kriminal dramları və ya psixoloji trillerləri ilə nuar filmləri bir çox ümumi süjet xətlərini və mövzuları bölüşürlər. Bu tip filmlər, həmçinin özlərində unikal vizual elementləri ehtiva edirlər. Filmin personajları ümumiyyətlə müxtəlif çətin vəziyyətlərlə üzləşən və seçim etməli olan anti-qəhrəmanlardırlar. Vizual elementlər sadə işıqlandırma texnikası, işıq və kölgələrdən məharətlə istifadə edilməsi və qeyri-ənənəvi kamera bucaqlarından istifadə edilməsi nəticəsində əldə edilir.[2]

1960-cı illərin əvvəllərindən etibarən klassik nuar filmləri janrında mühüm filmlər çəkilsə də, hələ də digər janrlara əhəmiyyətli təsir göstərir. Bu filmlərdə ümumiyyətlə nuar filmləri xatırladan mövzulardan və vizual elementlərdən istifadə edilir. Həm klassik, həm də neonuar filmləri çox vaxt müstəqil filmlər kimi görünürlər.[3]

  1. Borde, Raymond; Chaumeton, Etienne. A panorama of American film noir (1941-1953). San Francisco: City Lights Books. 2002. ISBN 978-0872864122.
  2. Hardboiled America – The Lurid Years of Paperbacks. New York; Cincinnati: Van Nostrand Reinhold. 1981. 71-72. ISBN 0-442-23140-7.
  3. Neo-Noir. London: Wallflower Press. 2009. 44. ISBN 9781906660178.