Neqdallar

Neqdallar — Altay xalqları tunqus-mancur qrupununtunqus qoluna məxsus xalq.

Haqqında[redaktə | mənbəni redaktə et]

Neqdallar özlərini elkan beyenin (yerli adam) və ya Amqun beyenin (Amqun adamı) adlandırırlar. Neqda sözü evenk dilində uc, sahil mənasını verir. Ehtimal olunur ki, Amur və Amqun çaylrı sahillərində yaşadıqları üçün "neqdallar", yəni "sahil adamları" adlanmışlar. Keçmişdə gah oroçon, gah da kilyak adlandırılırdılar. Altay dil ailəsi tunqus-mancur qrupunun tunqus qoluna mənsub olan olan neqdal dilində danışırlar. Antropoloji cəhətdən sarı (monqol) irqin baykal tipinə aiddirlər. Çar Rusiyası tərəfindən zorla xristianlaşdırılsalar da, dini dünyagörüşlərində şamançılıq və ruhlara inam əsas yer tutur. Sayları 600 nəfərdir (1989). Neqdallar Rusiya Federasiyasının Xabarovsk diyarında — Amur və Amqun çaylarının sahillərində yerləşən Nikolayevsk, Ulçsk və Polin Osipenko rayonlarında yaşayırlar. Soyköklərində əsasən tunqus-mancur tayfaları iştirak etmişdir. Neqdalların bir hissəsi ulçlar və nivxlərlə qaynıyış — qarışmışlar.

Mənbə[redaktə | mənbəni redaktə et]

Altay xalqları, Bakı,1999, səh 80–81.