Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km²[1]. Adanın əhalisi 4 194 525 nəfər [2] (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir.
Neqros | |
---|---|
taqal Negros | |
Ümumi məlumatlar | |
Sahəsi | 13074 km² |
Uzunluğu | 180 km |
Hündür nöqtəsi | 2464 m |
Əhalisi | 4.198.525 nəfər (2010-cu il) |
Yerləşməsi | |
10°03′28″ şm. e. 123°00′51″ ş. u.HGYO | |
Ölkə | Filippin |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür. İqlimi subekvatorial və mussondur.
Ada iki vilayətə bölünür: Qərbi Neqros (2 907 859 nəf.) və Şərqi Neqros (1 286 666 nəf.). Ən iri şəhər Bakoloddur.
Adanın əsas əhalisi visayyalılardır. Dağlıq ərazilərdə çinlilər, dağlarda isə neqiroid irqinə məxsus aetalılardır.
Dağlıq rayonlar tropik meşələrlə örtülüdür. Əsasən qarğıdalı və texniki bitkilər əkilir. Şəkər istehsalı həyata keçirilir. Cənub dağlıq ərazilərdə dəmir və gümüş çıxarılır.