Nerit çöküntülər-okean və dənizlərin nerit sahəsində (zonasında) əmələ gəlmiş çöküntülərə deyilir. Nerit çöküntüləri beş fasiyaya ayrılırlar: 1. Aralıq tipi çöküntüləri: a) eol-dəniz, b) uçqun-dəniz; c) buzlaq-dəniz çöküntüləri. 2. Qırıntı çöküntülər: a) brekçiya və konqlomeratlar, b) qumlar, c) gil və lillər. 3. Qırıntı vulkanogen çöküntülər: a) vulkan brekçiyalaraı və tuflar. 4.Kimyəvi-üzvi mənşəli çöküntülər: a) qlaukonit çöküntülər, b) fosforitli çöküntülər, c) silisiumlu çöküntülər, ç) fosforitli çöküntülər, d) əhəng və dolomit çöküntülər. 5. Yalançı abissal çöküntülər: a) əhəng lili, b) silisium lili.[1]