Nernst-Ettinqshauzen eninə effekti

  1886-ci ildə maqnit sahəsində yerləşən, temperatur qradienti olan keçiricidə maqnit sahəsinə və istilik axına perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranması kəşf olunub.

    Nernst - Ettingshauzen  eninə effektin elementar nəzəriyəsi[redaktə | mənbəni redaktə et]

Şək.1

    Boyunca sabit istilik axını olan paralelepiped formalı keçiriciyə baxaq. Əgər keçiricini  B induksiyalı maqnit sahəsinə perpendikulər yerləşdirilərsə,  Lorens qüvvəsinin təsiri ilə müsbət yükdaşıyıcılar Şək.1  göstərilmiş  C səthinə meyl edəcəklər. Nəticədə bu səthdə yükdaşıyıçıların "yığılması" elektrik sahəni yaradacaq. Bu elektrik sahə də öz növbəsində maqnit sahəsinin meyl etdirici təsirini kompensə edir, CD səthlərin arasında potensial fərqi yaranır.