Neteller

Neteller — bütün dünyada pulları köçürmə yolu ilə göndərmək və almaq imkanı verən elektron ödəniş sistemidir. 1999 ildə yaradılmışdır. Mülkiyyətçi - Paysafe Groupdur. Neteller servisi bukmeker kontorları və onlayn kazino istifadəçiləri arasında daha çox populyarlıq qazanmışdır.

Bizim günlərdə bu komissiyalar qüvvədədir: sistem daxilində pul kisələri arasındakı köçurmə tarifi - 1,45% (maksimum məbləğ məhdudlaşdırılmadan). Konvertasiyaya görə komissiya, məsələn, pul göndərənin və alanın hesablarının fərqli valyutada açılmış olduğu hallarda - 3,99% təşkil edir.

Sistemin istifadəçiləri icra edilmış tranzaksiya əməliyyatının həcmindən asılı olaraq imtiyazlı status (Bronz, Silver, Qold, Platinum, Daymond) əldə etmək imkanına malikdirlər. Bu kimi statuslar, üçün komissiya yığımının aşağı dərəcəsi qüvvədədir.

İndiki zamanda 26 valyutanı dəstəkləyir.

Dünyanın 200-dən çox ölkəsində, o cümlədən Azərbaycanda, Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda, Estoniyada, Latviyada, Litvada və keçmiş SSRİ-nin digər ölkələrində işləyir. Kanada, İsrail, Honkonq və Makaoda məhdud sayda xidmətlər göstərilir.[1]

İnterfeys dilləri

[redaktə | mənbəni redaktə et]

Neteller rəsmi saytı 13 dildə açıqdır. Onların arasında - ingilis, rus, alman, fransız, ispan, portuqal, italyan, danimarka, isveç, norveç, türk və yapon dilləri var.

Əlavə informasiya

[redaktə | mənbəni redaktə et]

25 noyabr 2016-cı ildən Neteller SEPA zonasına daxil olmayan ölkələr (o cümlədən Azərbaycan sakinləri) üçün Net+ Prepaid MasterCard kartlarının buraxılışını dayandırmışdır. Azərbaycan sakinləri üçün buna qədər sifariş verilmiş kartlar qüvvədə olma müddəti bitənə qədər işləməkdə davam edirlər.[2]

  1. "Xidmət göstərilən və xidmət göstərilməyən ölkələr". 2017-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
  2. "SEPA zonasına daxil olmayan ölkələrdə Neteller plastik kartların işini dayandırır". 2018-08-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-15.