Neva deltası — Neva çayının mənsəbində yerləşə delta. Sankt-Peterburq şəhərinin tarixi hissəsi burada yerləşir. Artıq XX əsrin əvvəllərinə kimi bütünlüklə inşa edilən bölgədir.
Deltada şəhər salınmasına qədər ərazi bütünlüklə qollarla parçalanmış, bataqlıqlaşmış ərazidən ibərət idi. Deltada bir çox xalqlar məskun olmuşdur. Burada finlərə məxsus Kalininka kəndi vardı. Ətrafında isə Avtovo (fin), Niençans (isveç) kəndləri mövcud idi.
Burada şəhərin inşa edilməsinə 1703-cü ildə başlanılmışdır. Bir çox adalar bu zaman adlandırılır və bütünlüklə tikinti ərazisinə çevrilir. İri adalarda əsasən saraylar inşa edilirdi (Dovşan, Yeni Hollandiya). Ən iri adalarda sənaye müəssisələri, yaşayış binaları inşa edilirdi.
Şəhərə adalar lazım olduqda ərazilərdən kanallar çəkilirdi.
XIX əsrin birinci yarısında Neva deltası süni şəkildə kanallar vastəsi ilə böyüdülürdü[1]. I Pyotr şəhəri bir dəniz şəhəri olaraq görürdü. Tikinti işləri buna uyğun aparılırdı. Kanallar şəhərin həm də mümkün yanğınlardan qorunmasına xidmət edə bilərdi. Məsələn, 1736–1737-ci illər yanğını zamanı şəhər bütünlüklə yana bilərdi. Bataqlıqları melorasiyaya cəlbinə imkan verirdi.
Adaların bir qismi (Kamennı adası və Kirov adaları) XXI əsrin əvvəllərində rekreasiya zonasına verilmişdir.
1980-ci illərin məlumatına görə Leninqraddan 86 çay qolu və ümumi uzunluğu 300 km olan kanallar axır. Neva deltasının ümumi sahəsi 83 km² yaxındır.
Nevann altı qolu vardır ki, onların eni 100–600 m arasında dəyişir. Bəzi hissələrdə bu qolların eni 1 km çatır. Onların ümumi uzunluğu 46,5 km-dir.
Sankt-Peterburq şəhərində suyun səviyəsi həmişə dəyişkəndir. Ancaq bu yaz gursululuğu ilə əlaqədar olaraq baş vermir. Buna səbəb Ladoqa gölünün təbii tənzimləyici olmasıdır. Şəhərdə suyun qalxmsına səbəb Fin körfəzində baş verən fırtına qabarmalarıdır. Bu hadisə sayəsində qum çay mənsəbinə çökdürülür.
Su basmalardan qorunmaq məqsədi ilə şəhərdə xüsusi nəzarət xidməti fəaliyyət göstərir. Onların əsas vəzifəsi suyun səviyyəsinin monitorinqini aparmaqdır. Neva deltası turizm baxımından seçilir. Burada kanallarda teplaxodla gəzinti vardır.