Nevena Qeorqievna

Nevena Qeorqievna (mak. Невена Георгиева[1] 25 avqust 1925, Skopye16 dekabr 1942, Nejilovo[d], Çaşka[d]) — Yuqoslaviya və Makedoniya inqilabçısı, Yuqoslaviya dövründə Şimali Makedoniyadakı gənclər, həmkarlar ittifaqları və işçi hərəkatının fəalı; Yuqoslaviyanın Xalq Qurtuluş Müharibəsi zamanı 1-ci Skopye partizan dəstəsinin döyüşçüsü (16 yaşında dəstəyə qoşulmuşdur) və Makedoniya partizan hərəkatında ilk qadın döyüşçü.

Nevena Qeorqievna
mak. Невена Георгиева
Doğum tarixi 25 avqust 1925(1925-08-25)
Doğum yeri
Vəfat tarixi 16 dekabr 1942(1942-12-16) (17 yaşında)
Vəfat yeri
Vəfat səbəbi baş kəsmə
Fəaliyyəti partizan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

25 iyul 1925-ci ildə Skopye şəhərində anadan olub. Yuqoslaviya partizan antifaşist hərəkatına 22 avqust 1941-ci ildə Skopye partizan dəstəsinə qoşulmaqla daxil olur. 1941-ci ilin noyabrında dəstə dağıldıqdan sonra Velesə, oradan isə Strumitsa köçür. 1942-ci ilin yayında Strumitsa partizan dəstəsinin hazırlanmasına kömək edir. 1942-ci ilin mayında o, işğalçı hakimiyyət məhkəməsi tərəfindən qiyabi olaraq dövlət əleyhinə fəaliyyət göstərdiyinə görə 7 il müddətinə ciddi rejimli həbsxanasında cəza alır. 1942-ci ilin sentyabrında Dimitar Vlaxov adına Veles partizan dəstəsinin üzvü olur

16 dekabr 1942-ci ildə Bolqarıstan polisi və Bolqarıstan anti-çetnis dəstələri Nejilovo şəhərində döyüşdə ağır yaralanan Nevena Qeorqiyevanı tutub başını kəsdilər. Kəsilmiş baş dirəyə qoyularaq, insanları qorxu və dəhşətə salmaq üçün kəndləri gəzdirirlər. Daha yaxşı təsir üçün Velesin mərkəzindəki evlərdən birinə başı qoyulur[2][3].

  • Nevena Qeorqieva bir çox mahnıların əsas subyetidir: «Po pole odat arqati» və «Pusta ostanala taya kontra çeta»[4].
  • Nevena Qeorqievanın adı Kisela-Voda və Nejilovo şəhərlərindəki ibtidai məktəblərə, həmçinin Skopyedə bir yataqxanaya verilmişdir[5].
  • Qadın Parkında xatirə lövhəsi quraşdırılıb
  • 1969-cu ildə Nevena Qeorqievanın büstləri Kisela Vodadakı məktəbin həyətində və 1978-ci ildə Skopye yataqxanasında quraşdırıldı[6]. 2014-cü ildə naməlum şəxslər yataqxananın yaxınlığında Nevena abidəsini dağıtdılar[7][8], 2016-cı ildə Kisela Voda məktəbinin həyətindən başqa bir abidə də oğurlandı[9].
  • 2013-cü ildə Nejilovoda xatirə lövhəsi qoyuldu[10].
  1. „Македонска енциклопедија“, МАНУ, Скопје, 2009, 347-348 стр.
  2. „Велес и Велешко во НОВ 1941–1945“, Спомен книга, Т. Велес, 1985.
  3. "Писма, Утрински весник, 29.07.2005 г." 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  4. Лазо Каровски и Ѓорѓи М. Ѓорѓиев (ур.) „Македонски песни за народноослободителната борба“, Институт за фолклор „Марко Цепенков“, Скопје, 1980, 237-243 стр.
  5. Крсто Здравковски „Да не се заборави“ - Скопје, 1982, 145 стр.
  6. Крсто Здравковски „Да не се заборави“ - Скопје, 1982, 145 стр.
  7. „И буквите од бистата на Дуња ги отстранија“ Arxivləşdirilib 2019-03-22 at the Wayback Machine, „Слободна Македонија“, 22 август 2016.
  8. „ФОТО: Положено цвеќе пред споменикот на Невена Георгиева - Дуња“ Arxivləşdirilib 2019-03-22 at the Wayback Machine, „CentarNews“, 16 декември 2013.
  9. „Украдени две бисти на народни херои во Скопје“, „Дневник“, 27.05.2016.
  10. „Откриена спомен-плоча на Невена Георгиева - Дуња“[ölü keçid], Општина Чашка