NEWBORN — Müstəqilliyi qismən tanınmış Kosovonun paytaxtı Priştinada qoyulan abidə. Abidə Gənclər və İdman Sarayının qarşı tərəfində[1] qoyulmuşdur. 17 fevral 2008-ci ildə, Kosovonun müstəqillik gününüdə açılmışdır[2]. Abidə ingiliscə "Newborn" yazısından ibarətdir. Hansı ki, bu yazı çap hərfləri formasındadır. İlk əvvəllər parlaq sarı rəngə boyanan bloklar şəklində idi. Sonradan isə Kosovonun müstəqilliyini tanıyan dövlətlərin bayraqları ilə bəzədilmişdir[3]. Abidənin səthi hər il 17 fevral ərəfəsində yenilənir. "NEWBORN" Kosovo müstəqilliyindən sonra, bir çox kütləvi informasiya vastələrini xüsusilə The New York Times qəzetinin ön səhifəsində göründü[4].
Newborn | |
---|---|
Ölkə | Kosovo |
Yerləşir | Priştina |
Tikilib | 2008 |
Hündürlüyü | 3 m |
Vikianbarda əlaqəli mediafayllar |
Abidə Fisnik İsmaili və «Ogilvy Kosova»[5] agentliyi tərəfindən hazırlanmışdır. Açılış mərasimində Kosovo Prezidenti Fatmir Seydiu və respublikanın Baş naziri olan Haşim Tacı iştirak etmişdir. 17 fevral 2008-ci il dövlət rəhbərlərindən başqa açılış mərasimində təxminən 150 min nəfər iştirak etmişdir.
Abidənin ümumi ağırlığı 9 tondur. Yazının uzunluğu 24 metr, 0.9 m enə və 3 metr hündürlüyə malikdir. Hərflər DIN Black yazı tipində uyğun formadadır. NEWBORN bütün gün ərzində inşa edilməklə on gün ərzində tikilmişdir.
"Newborn" ingiliscədən tərcümədə "Körpə" mənasını verir. Bu yeni bir ölkənin doğulmasını simbolizə edir. Sarı və mavi pankartlar dövlətin yeni və Avropa Birliyinin bayraqlarının rənglərini simvollaşdırdırır:
Bayraqlarla bəzədilən abidə altı əsas beynəlxalq dizayn müsabiqəsində mükafat qazanmışdır. 55-ci «Kann şirləri» Beynəlxalq Reklam Festivalında Qızıl Aslan mükafatına layiq görülmüşdür.[6].