Nexus

NEXUS şirkəti noutbuk və fərdi kompüterlər, güclü serverlər, LCD monitor və televizorlar və aksessuarların ən dinamik inkişaf edən tədarükçülərindən biridir.

Şirkətin baş ofisi və istehsal-konstruktor mərkəzləri Azərbaycanda yerləşir. NEXUS şirkətinin nümayəndəlikləri Mərkəzi Asiya və Qazaxstanda fəaliyyət göstərir.NEXUS şirkəti yüksək keyfiyyətli məhsul və xidmətlərin təqdim edilməsi yolu ilə müştərilərinin tələblərinə cavab verilməsinin səviyyəsinin daimi qaldırılmasını öz işində əsas prinsipi kimi seçmişdir. Bu prinsip ISO 9001:2000 beynəlxalq standartının tələblərinə uyğunluq üzrə sertifikatlaşdırlımış Keyfiyyət Menecment Sisteminin işlənib hazırlanması və tətbiq edilməsi yolu ilə reallaşdırılmışdır. İstehsal aparat təminatının aparıcı istehsalçıların yüksək keyfiyyətli komplektləşdirici hissələrinin əsasında həyata keçirilir. Bütün məhsullar ISO 9001:2000 standartının tələblərinə cavab verən keyfiyyət menecment sistemində qoyulmuş nəzarətin altında istehsal edilir.Noutbuklar Şirkət 2003-cü ildə NEXUS ticarət nişanı altında eyni adlı noutbukların istehsalına başladı. İlk dəfə bazarda alıcılar arasında xüsusi marağa səbəb olan dizayn, imkanlar və qiymətlərlə fərqlənən 3 model təqdim edilmişdir. NEXUS noutbuklarının arasında birinci model - NEXUS Prezident M modeli xatirə kimi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına təqdim edilmişdir. Bugünkü vaxtda NEXUS noutbuklarının model sırası 20 modelə çatmışdır. Artıq 2004-cü ilin sonundan bütün NEXUS noutbukları simsiz şəbəkələrdə iş üçün quraşdırılmış avadanlıq ilə təchiz edilir.Fərdi kompüter və serverlər 2004-cü ilindən başlayaraq NEXUS fabrikində fərdi kompüter və serverlərin istehsalı başlanmışdır. İstehsal edilən fərdi kompüterlərin 8 modeli və həmçinin serverlərin 4 modeli böyük uğurla korporativ sektorda öz yerlərini tutdular. LCD monitorları ümumi qəbul edilmiş fikrə görə, LCD monitorları birinci növbədə ofis üçün nəzərdə tutulur. Lakin NEXUS monitorları üçün məhdudiyyət yoxdur! Ekranın yüksək imkanları, əla rəng ötürülməsi, eksklüziv dizayn, yığcamlıq və multimedia imkanları LCD monitorlarından hər cür, hətta "rəqəmsal evin mərkəzi" deyilən yerdə istifadə etmək imkanı yaradır. LCD televizorları Monitor-televizor və LCD televizorları ev və ofisin interyerini daha zəngin etmək üçün imkan yaradır. Onlar mətbəx, yataq otağı və ofisin konfrans zalı kimi kiçik otaqların interyerinə çox gözəl yaraşır. Monitor-televizor və LCD televizorları DVD-pleyerlərdə filmlərə baxmaq imkanı yaradır. Onlar məsafədən idarəetmə pultu və stereo dinamiklər ilə təchiz edilib. İdarəetmə menyusu 5 dili dəstəkləyir. Mobil daşıyıcılar Maraqlı dizayn ilə yığcam USB daşıyıcılarıdır. Bugünkü gündə model sırasında 4 model mövcuddur: mini USB Flash drive – böyük həcmli məlumatları asanlıqla daşımağa imkan verən rahat və funksional model, fırlanan qoruyucu qapaq ilə yığcam USB daşıyıcısıdır.

Şirkətin dünya bazarında mövqeləri Bu gün NEXUS ticarət nişanlı məhsullar dünyanın altıdan çox ölkəsində uğurla satılır. NEXUS şirkəti dünya bazarının vəziyyətində baş verən dəyişikliklərə çevik reaksiya verməyə müvəffəq olur və faktlar sübut edir ki, Avropa və Asiyanın müasir istehlak elektronikasının həvəskarları arasında NEXUS texnikasına daimi tələbat var. Region üzrə həcmlərə görə NEXUS liderlərin beşliyində yerini möhkəmləndirib. Uğurun əsasları NEXUS yüksək texnologiyalrın yüksək stilidir. Tam keyfiyyət nəzarəti, qabaqcıl texnologiyalardan istifadə və hər məhsulun parlaq fərdiyyətini vurğulamaq istəyi şirkətin strategiyasının təməl daşlarıdır. şirkət dünya bazarına texnoloji məhsulların dəbdəbəliyi özü gördüyü kimi çatdıra bilmişdir. Xırdalıqlara qədər düşünülmüş erqonomik dizayn, ən cəzbedici materiallar və rənglərin ahəngi, komplektləşdirmə və qablaşdırmanın yüksək keyfiyyəti – bunlar hamısı NEXUS məhsullarının fərqləndirici xüsusiyyətləridir. NEXUS məhsullarının bütün komponentlərinin etibarlılığı şirkətə məhsulları təqdim edilmiş hər bazar seqmenti üçün mümkün olan ən uzun zəmanət müddəti təmin etməyə imkan yaradır. Məsələn, noutbukların zəmanət müddəti 2 il təşkil edir. Zəmanəti olan ehtiyat hissələrinin dəyişdirilməsi 2 saata həyata keçirilir. NEXUS məhsullarının geniş model sırası istifadəçiyə istənilən məqsəd üçün modeli seçmək imkanı verir. Tədqiqat və işləmələr şöbəsinin yüksək ixtisaslı mühəndislər yeni texnologiyaların axtarışı və NEXUS məhsullarına inteqrasiyalaşdırmanın daimi prosesini həyata keçirir. Bunun və texniki dizayn sahəsi və erqonomikada öz işləmələrinin sayəsində NEXUS ticarət nişanı altında istehsal edilən bütün məhsullar kompüter sənayesinin bugünkü inkişaf səviyyəsinə və müştərilərin tələblərinə cavab verir.

Mənbə: [www.nexus.az]