Neyromediator — bioloji fəal maddələr
Neyrotransmitterlər (vasitəçilər) bioloji fəal maddələr olub, elektrokimyəvi impulsun neyronlararası sinaptik boşluq vasitəsilə sinir hüceyrəsindən, eləcə də neyronlardan əzələ toxumasına və ya vəz hüceyrələrinə ötürülməsində iştirak edirlər. Presinaptik sinir liflərinin uclarına daxil olan sinir impulsları mediatorun sinaptik yarığa ifraz olunmasına səbəb olur. Mediator molekulları hüceyrə membranının spesifik reseptor zülalları ilə reaksiyaya girərək ionların transmembran axınını dəyişir , bununla da membranın depolyarizasiya olunmasına və təsir potensialının yaranmasına gətirib çıxarır.
Sinir-əzələ ötürməsində iştirak edir, həm də xolin törəməli neyromediatorlar içərisində yeganə olan asetilxolin parasimpatik sinir sistemində əsas neyromediator hesab edilir. [1][2]• Anandamid– ağrı, depressiya, iştahın yaranması mexanizmlərində, yaddaş problemlərində, reproduktiv funksiyaların zəifləməsində iştirak edən neyrotransmitter və neyrotənzimləyicidir. O, həmçinin də işemiyanın qeyri- .müntəzəm (aritmogen) təsirinə və reperfuziyaya qarşı ürəyin müqavimətini artırır.
neyromediator kimi — rolu məlum deyildir. Vazoaktiv intestinal peptid (VİP) —) neyromediator kimi — rolu Taurin – sinaptik ötürməni ləngidən də neyromediator amin turşusu rolunu oynayır. Qıcolmaya qarşı (Qıcolma əleyhinə) fəallığa malikdir. Həmçinin də kardiotrop təsirə malikdir.
Hüceyrəarası siqnalizatorlar rolunda asetilxolin, dofamin kimi transmitter monoaminlərə oxşasa da bir çox cəhətdən onlardan fərqlənir. Belə ki, onlar retroqrad siqnalizasiyadan (postsinaptik membrandan ifraz olunurlar və presinaptik membrana təsir göstərirrlər) istifadə edirlər. Bundan əlavə, endokannabinoidlər suda həll olmayan lipofil molekullardır. Onlar qovuqcuqlarda saxlanılmır. Hüceyrə membranının tərkibinə daxil olan ikiqat qatın ayrılmaz tərkib hissəsi kimi mövcuddur. Ehtimala görə, yalnız "ehtiyac yarandıqda" sintez olunurlar, gələcək mərhələlərdə istifadə olunmaq üçün ehtiyat şəklində saxlanılmır.
Məməli heyvanların sinir sistemində yayılma dərəcəsinə görə üçüncü yerdə duran mediatordur. Neyromediatorlara xas olan bütün xassələrə malikdir: neyron və sinaptik qovuqlarda toplanır, təsir potensialı yarandıqdan sonra kalsium ionlarının təsiri altında akson uclarından ayrılır. Hüceyrə xaricində peptidazların köməyi ilə hidrolizəməruz qalır. II qrup metabotrop qlutamat reseptorlarının aqonisti kimi , xüsusilə də mGluR3 reseptoru kimi təsir göstərirl.. Sinaptik yarıqda NAAG- peptidazalarla(GCPII, GCPIII) ilkin maddələrə — NAA və qlutamata parçalanir: Bundan əlavə, yağ turşularının bəzi törəmələrinin də (eykozanoidlər və araxidon turşusu), bəzi purin və pirimidinlərin (məs. adenin), eləcə də ATF –nın neyromediator (və ya neyromodulyator) xassəsinə malik olması göstərilir.
Neyromediatorlar da hormonlar kimi ilkin vasitəçilərdir, lakin onların azad olması və kimyəvi sinapslarda təsir mexanizmi hormonlardan fərqlidir. Presinaptik hüceyrədə içərisində neyromediator olan vezikulalar lokal olaraq onları sinaptik yarığa ifraz edirlər. Azad olmuş neyromediator sinaptik yarıqdan keçərək postsinaptik yarıqda yerləşən reseptorlarla birləşir. Diffuziya zəif sürətli proses olsa da, pre- və postsinaptik membranları ayıran olduqca qısa məsafəni (0,1mkm və ya daha az) keçmək kifayət qədər sürətlə baş verir və siqnalın neyronlar arasında və ya neyron-əzələ arasında sürətlə ötürülməsinə imkan verir. Daha sonra neyromediator inaktivasiya olunur. Neyromediatorların inaktivasiyası yaranır iki yoll baş verir- dezaminləşmə və metilləşmə.
Oyandıricı neyromediatordlar qrupuna aid olsa da, sinaptik ötürmədə bradikanin, vazopressin, karnozin, neyrotenzin , xolesistokinin mediatorları kimi onun rolu məlum deyildir. Noradrenalin- mühüm "oyaqlıq mediatorlar"ından biridir. Noradrenergik proyeksiyalar qalxan fəallaşdırıcı retikulyar sistemdə iştirak edirlər. O, həm beyin sütununun mavi cisminin (locus coeruleus), həm də simpatik sinir sisteminin uclarının mediatorudur. Noradrenergik neyronlarin sayi MSS-də çox olmasa da (bir neçə min) baş beyində çox geniş innervasiya sahəsinə malikdir.