Neytron bombası — İnfrastruktura toxunmadan və radiasiya yaratmadan, ancaq canlı qüvvəni məhv edən silah.
Neytron bombasının konsepsiyasını ilk dəfə ABŞ fiziki Samuel Koen 1958-ci ildə təklif edib. İnfrastruktura toxunmayan və radiasiya yaratmayan, ancaq canlı qüvvəni məhv edən neytron bombasının ilk sınağı 1963-cü ildə Nevada poliqonunda keçirilib. ABŞ prezidenti Cimmi Karter 1978-ci ildə silahın hazırlanmasını dayandırıb, ancaq 1981-ci ilə layihə yenidən işlənilməyə başlanılıb.