Nişangah

Nişangah, nişanalma vasitələriodlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər.

Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.