Ni Hua (çin. 倪華, 31 may 1983, Şanxay) — Çin şahmatçısı, qrosmeyster (2003).
Ni Hua | |
---|---|
çin. 倪華 | |
Ölkə | |
Doğum tarixi | 31 may 1983 (41 yaş) |
Doğum yeri | |
Titulu | Qrosmeyster (2003) |
Son reytinqi | 2674 (yanvar 2017) |
Maksimal reytinqi | 2724 (aprel 2009) |
FİDE nömrəsi | 8601160 |
Vikianbarda əlaqəli mediafayllar |
2008-ci ilin aprelində Ni Hua və Bu Xiangzhi Wang Yue-dan sonra 2700 sərhəddini keçən növbəti şahmatçılar oldu.
2000-ci ildə İstanbulda Olimpiyada ilk çıxışını 9 oyundan 5.5 xal ilə bitirdi.
2004-cü il FİDE Dünya Çempionatında ilk turda Evgeny Vladimirov üzərində qələbə qazanır, lakin növbəti turda həmyerlisi Ye Jiangchuan-a məğlub olur.
2008-ci ilin may və iyun aylarında keçirilən Çin Çempionatında 11 oyundan 7.5 xal ilə çempion adını qazanır.
2009-cu ilin yanvarında ənənəvi Reggio Emilia şahmat turnirinin ilk Çinli qalibi kimi tarixə düşür.
2010-cu ilin aprel ayında Asiya Çempionatının qalibi olur.
2015-ci ildə 11 oyundan 10.5 xal ilə Avstraliya Açıq Çempionatında birinci yeri tutur.