Niaqara çayı

Niaqara çayı — Şimali Amerikada, ABŞ-la Kanada arasında çay. Eri və Ontario göllərini birləşdirməklə yanaşı ABŞ-Kanada sərhəddini təşkil edir. Eri gölündən başlanır. Uzunluğu 54 km, hövzəsinin sahəsi 665 min km²-dir. Orta axınında Niaqara şəlaləsini əmələ gətirir. Buffalo və Niaqara-Fols şəhərləri Niaqara çayı sahilindədir.

Niaqara
Niagara River
Niaqara çayı
Niaqara çayı
Ölkə  ABŞ
Keçdiyi ərazilər ABŞ, Kanada
Mənbəyi ABŞ
Mənsəbi Ontario gölü
Uzunluğu 54 km
Su sərfi 5,796 m³/s
Hövzəsinin sahəsi 665 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ASE, VII cild, Bakı, 1983-cü il, səhifə 236.