Nicat Feyzullayev (22 yanvar 1932, Bakı ― 20 iyul 2001) ― AMEA-nın müxbir üzvü (2001).[1][2]
Nicat Feyzullayev | |
---|---|
Nicat Ağa-Zəki oğlu Feyzullayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (69 yaşında) |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Atası | Ağa-Zəki Feyzullayev |
Elmi adı | professor (1996) |
Təhsili | Bakı Dövlət Universiteti (1950-1955) |
Üzvlüyü | AMEA (2001) |
Mükafatları |
|
Nicat Feyzullayev 22 yanvar 1932-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 1950-1955-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində alıb.[1][2]
Nicat Feyzullayev əmək fəaliyyətinə 1956-cı ildə AMEA-nın Zoologiya İnstitutunda başlayıb. O, 1956-1964-cü illərdə baş laborant, 1964-1974-cü ildə illərdə isə baş elmi işçi kimi çalışıb. 1974-2001-ci illərdə Helmintlərin sistematikası və biologiyası laboratoriyasının müdiri vəzifəsini icra edib.[1][2]
Nicat Feyzullayev Azərbaycanda quşların, balıq və molyuskaların parazitlərinin tədqiqçılarından biri olmuşdur. Alimin işlərinə ABŞ, Braziliya, Kanada, Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya, Polşa, Bolqariya, Çexiya, Macarıstan, Avstraliya, İsrail, Nigeriya kimi ölkələrdən göndərişlər gəlmiş, yaxın və uzaq xarici ölkələrin biologiya fakültələrinin və tibb universitetlərinin mühazirələrində onun tərəfindən nəzəri cəhətdən işlənib hazırlanmış əsərlər istifadə olunmuşdur.[1][2]
Nicat Feyzullayev 1962-ci ildə fəlsəfə, 1983-cü ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib. O, 1996-cı ildə professor elmi adına layiq görülüb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Alim 140 elmi əsərin müəllifi və həmmüəllifidir. Onlardan 52-si xaricdə nəşr olunub. Habelə Bakı, Tiflis və Moskva şəhərlərində nəşr olunan 5 monoqrafiyanın həmmüəllifidir. O, "Azərbaycanın heyvanlar aləmi" 3 cildliyinin müəlliflərindən biri olub. Alimin elmi rəhbərliyi altında 10 fəlsəfə doktoru dissertasiyası müdafiə olunub.[1][2]
Nicat Feyzullayev 20 iyul 2001-ci ildə vəfat edib.[1][2]
Nicat Feyzullayev SSRİ EA-nın "Akademik Y.N.Pavlovski" və "Akademik K.İ.Skryabin" fəxri medalları ilə təltif edilib.[1][2]