Nicat Qocayev — Misir inqilabı zamanı qətlə yetirilmiş Azərbaycan səfirliyinin əməkdaşı
Nicat Qocayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Qahirə, Misir |
Dəfn yeri | Ağcabədi |
Nicat Qocayev 1987-ci il yanvarın 12-də Ağcabədidə anadan olub. Onun uşaqlıq dövrü və gəncliyi doğma yurdunda keçib. Orta məktəbi əla qiymətlərlə bitirən Nicat Azərbaycan Beynəlxalq Universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Orta məktəbdə olduğu kimi, universitetdə də əlaçı oxuyur. Universiteti bitirdikdən sonra ikinci ali təhsil almaq qərarına gəlir. Və İqtisadiyyat Universitetinin mühasibat uçotu fakültəsinə daxil olur. 23 yaşında qiyabi təhsil ala-ala Xarici İşlər Nazirliyində işə düzəlir. Onun səfirlikdə işə düzəlməsinə öz biliyi və bacarığı yardımçı olur. Belə ki, Nicat türk, rus, ingilis, ərəb dillərini müstəqil bilirdi. 8 ay XİN-də çalışdıqdan sonra 2010-cu ilin avqust ayında onu Qahirəyə, Azərbaycanın Misirdəki səfirliyinə ezamiyyətə göndərirlər. Nicat orada mühasib vəzifəsində çalışır. Nicatın başqa istedadı da vardı. O, çox gözəl şahmatçı idi. Dəfələrlə şahmat oyunlarında birinci yerə çıxmışdı. O, həmçinin gözəl tar çala bilirdi. İdmanın karate növü ilə məşğul olurdu.
Həmişəki kimi Nicat hazırlaşıb evdən çıxır və işə gedir. O, Misirdə baş verən ixtişaşlardan xəbərdar idi. Vəziyyətin təhlükəli olduğunu da bilirdi. Ailəsi ilə sonuncu dəfə danışanda da bunu onlara demişdi. İş yoldaşları, yaxınları bir-birlərinə ehtiyatlı olmağı tapşırırdı. Həmin gün Nicat dostu ilə birgə işdən çıxıb maşına əyləşir. Nicat sükan arxasında olub. Dostunun valideynləri isə arxa oturacaqda əyləşib. Qəfilcən Nicatdan titrək səs çıxır: "Mənə nəsə oldu...". Bu onun son sözü olur. Və keçinir. Deyilənə görə, 10 dəqiqə sonra onu həkimə çatdırırlar. Ancaq çox gec idi. Nicat ölmüşdü. Güllə onun bədəninin sağ hissəsindən dəyib, ağciyərini parçalamışdı. Bu qara xəbər ildırım sürəti ilə Bakıya yayılır. Televiziyalar, qəzetlər, saytlar hamısı bu bəd xəbəri aləmə car edir. Ancaq valideynləri hələ də onun öldüyünü bilmirdi. Ta ki, atası Rza Qocayev ona zəng edənə kimi. Nicat ölümündən bir neçə saat əvvəl atası ilə danışıb, ölkədə vəziyyətin təhlükəli, ancaq özünün ehtiyatlı davrandığını demişdi. Ancaq valideynləri daim təlaş içində idi. Hər saat ona zəng edirdilər. Nicatın ölüm xəbərini valideynləri televiziyadan eşidir. Ancaq xəbərin dəqiqliyinə inanmırlar. Sonra hər şey gerçək olur. Bir gün sonra onun cəsədini doğma yurduna-Ağcabədi rayonuna gətirirlər. O, rayonun Hüsülü kəndinin qəbiristanlığında dəfn olunur.[1]
Nicat Qocayevin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Misirə nota verib. Göndərilən notada Misir Xarici İşlər Nazirliyinə hadisə haqda məlumat verilib və bu nazirlikdən Misirin hüquq mühafizə orqanlarına məlumat verilməsi istənilib[2].