Niftalı Göyçəli

Niftalı Göyçəli (azərb. Yusifov Niftalı Puta oğlu‎; 21 mart 1951, Basarkeçər rayonu) — Azərbaycan şairi, yazıçı.

Niftalı Göyçəli
azərb. Yusifov Niftalı Puta oğlu
Niftalı Göyçəli, Koroğlu Qasımov və Şirazi İbrahimov
Niftalı Göyçəli, Koroğlu Qasımov və Şirazi İbrahimov
Doğum adı Niftalı
Təxəllüsü Göyçəli
Doğum tarixi (73 yaş)
Doğum yeri Göyçə mahalı, Basarkeçər rayonu, Babacan
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Puta
Təhsili ADU
İxtisası kitabxanaçılıq
Fəaliyyəti şair
Əsərlərinin dili azərbaycanca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Niftalı Göyçəli 21 mart 1951-ci ildə Göyçə mahalının Basarkeçər rayonuun Babacan kəndində anadan olmuş, 1 yaşından sonra ailəsi ilə birlikdə Dərə kəndinə köçmüşlər.

Dərə kənd səkkizillik məktəbini bitirdikdən sora IX–X sinifləri Ardanış kənd orta məktəbində oxumuşdur. 1967-ci ildə Bakı şəhərində ali məktəbə daxil ola bilməyib, inşaat fəhləsi kimi işləməyə başlamışdır. Hərbi xidmətə çağırılarkən hərbi göndərişlə avtomobil məktəbində sürücülük kursunu bitirmişdir. İrəvan, Tbilisi, Gəncə şəhərlərində hərbi sürücü kimi inşaat batalyonunda işləməklə xidməti başa vuraraq, Bakı şəhərinə qayıtmışdır.

1974-cü ildə ADU-nun kitabxanaçılıq fakültəsinə (qiyabi) daxil olub, 1981-ci ildə oranı bitirmişdir.

1976-cı ildən Şəki rayonuna köçməklə əvvəlcə kənd mədəniyyət evinin direktoru və iki il də S. Vurğun adına rayon mədəniyyət evinin direktoru işləmişdir. 1990-cı ildə ailəlikcə Bakı şəhərinə köçməklə ARDNŞ "Geofizikakəşfiyyat" idarəsində 1992-ci ilə kimi fond rəisi vəzifəsində işləmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Orta məktəb illərindən şeirin müxtəlif növlərində yazmağa başlamışdır. Üç epos, beş poema müəllifidir.

"Altun saçlı qərəman" (2000), "İbrahim və Lilpar" (2002), "Vətən sizə oğul dedi" (2011) poemaları və iki eposu: "Qədim Turan eposu" (2014), "Bilqamıs — bəşəriyyətin ümumi eposudur" (2015) adlı əsərləri çap olunub.

Niftalı Göyçəli Qədim yunan şairi Hömerdən sonra epos janrında yazan ikinci şairdir. Şairin bir uğurunu da deyək ki, Aşıq Ələsgərin 200 ildən sonra "Ay nədən oldu" qıfılbəndini açaraq deyişmə kimi təqdim etməyi bacarmışdır.

Bir neçə kitabın redaktoru olmaqla "Göyçə ustadları" antologiyasını hazırlayıb nəşr etdirmişdir.

  1. "Altun saçlı qərəman", Bakı: 2000
  2. "İbrahim və Lilpar", Bakı: 2002
  3. "Vətən sizə oğul dedi", Bakı: 2011
  4. "Qədim Turan eposu", Bakı: 2014[1] Arxivləşdirilib — 25.10.2017
  5. "Bilqamıs — bəşəriyyətin ümumi eposudur", Bakı: "Elm və təhsil", 2015. 176 səh.[2][3]
  6. "Milli Qəhrəman Pəncəli", Bakı: 2017 (Şəhriyar Seyidoğlu ilə ortaqlı)
  7. "Göyçə ustadları" (antologiya), I hissə. Bakı: "Elm və təhsil", 2017. 200 səh. ISBN 978-9952-8176-1-2
  8. "Becan Qasımov — Göyçə xatirələri" (Bioqrafik povest). Bakı: "Elm və təhsil", 2018. 184 səh. ISBN 978-9952-8176-6-9
  9. "Miskin Abdal və Səfəvilər". Bakı: "Elm və təhsil", 2018. 232 səh. ISBN 978-9952-8176-1-2

https://ia902602.us.archive.org/10/items/niftali-goycli-yusifov-miskin-abdal-v-sfvilr-2018/Niftal%C4%B1%20G%C3%B6y%C3%A7%C9%99li%20%28Yusifov%29%20Miskin%20Abdal%20v%C9%99%20S%C9%99f%C9%99vil%C9%99r%20-%202018.pdf http://davam.az/53374-niftal-gylinin-miskin-abdal-v-sfvilr-kitab-apdan-xb-yeni-nr.html

  1. "Qədim Turan eposu". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.
  2. "Bilqamıs dastanı təqdim olundu". 2017-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-27.
  3. "Bilqamıs - bəşəriyyətin ümumi eposudur". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.