Nigar Bahadırqızı

Məmmədova Nigar Bahadır qızı (Nigar Bahadırqızı; 23 aprel 1988, Bakı) — Azərbaycan aktrisası.

Nigar Bahadırqızı
Nigar Bahadır qızı Məmmədova
Digər adı Nigar Məmmədova
Doğum tarixi 23 aprel 1988(1988-04-23) (35 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Nigar Məmmədova 1988-ci il aprelin 23-ü Bakı şəhərində anadan olub. 2005-ci ildə məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsinə daxil olub. Universiteti 2009-cu ildə bitirib. 2007-ci il sentyabr ayının 2-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisası olaraq çalışıb. 2013-cü ildə teatr sənəti sahəsində əldə etdiyi uğurlarına görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təsis etdiyi "Gənclər mükafatı"na layiq görülüb. 2015-ci ildə həmin teatrdan öz istəyi ilə ayrılıb. Türkiyə vətəndaşı Ersel Aktar ilə ailə həyatı qurub (2015).

İstanbulda yaşayır.

Əsas rolları[redaktə | mənbəni redaktə et]

  1. Orxan — ("İncəbel qarı", R. Tohidoğlu)
  2. Bala siçan — ("Çəkməli pişik", Ş. Perro)
  3. Keçi — ("Pişiyin evi", S. Marşak)
  4. Rəqqasə, müğənni, Tıq-tıq xanım — ("Tıq-tıq xanım", A. Şaiq)
  5. Ərəb şahzadəsi — ("Zoluşka", Ş. Perro)
  6. Susanna – ("Aydın", C. Cabbarlı)
  7. Mari – ("Şelkunçik", E. T. A. Hofman)
  8. Pərzad – ("Hekayəti xırs quldurbasan", M. F. Axundzadə)
  9. Xəlil – ("İfritin kələyi", Y. Şvarts)
  10. Gözəl qız – ("Ələddinin sehrli çırağı", ərəb xalq nağılı)
  11. Şardot – ("Oliver Tvistin macəraları", Ç. Dikkens)
  12. Səidə – ("Mənim ağ göyərçinim", T. Vəliyeva)
  13. Lalə – ("Mən səni sevirəm – MSS", Ə. Əmirli)
  14. Fəridənin dublyoru – ("Məhv olmuş gündəliklər", İ. Əfəndiyev)
  15. Ofeliya – ("Buzovna kəndinin əhvalatları", Elçin)
  16. Şərəfnisə – ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundzadə)
  17. Büllur, qaravaş – ("Şahzadə Xəzərin nağılı", K. Ağabalayev, N. Kazımov)
  18. B – ("Mən gəldim, qızlar", L. Nuren)
  19. Qorlin Kelleqer – ("Yalqız Qərb", M. Makdonax)
  20. Benina — "Müharibə"

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Xoca (film, 2012) – Günel
  2. Ağabəyovlar (film, 2012-2014)
  3. Tək olanda qorxma... (teleserial, 2013) — Lalə
  4. "Köpək bürcü"
  5. Ağ və qara — Gülnar
  6. Həyat dərsi — Suğra
  7. Arka sokaklar — Ayşe Zahidi

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]