Nigar Usubova

Nigar İbrahim qızı Usubova (2 may 1914, Qazax15 sentyabr 1995, Bakı) — Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, fortepiano kafedrasının müdiri, tədris-elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib. General İbrahim ağa Usubovun qızıdır.[mənbə göstərin]

Nigar Usubova
Nigar İbrahim qızı Usubova
Doğum tarixi
Doğum yeri Salahlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri
Atası İbrahim ağa Usubov
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Sənaye İnstitutu, Azərbaycan Dövlət Konservatoriyası
Fəaliyyəti pianoçu
Mükafatları İki dəfə "Şərəf nişanı" ordeni

Nigar İbrahim qızı Usubova 1914-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1935-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunu, 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

1952-ci ildən 1970-ci ilədək konservatoriyanın fortepiano kafedrasının dosenti, tədris-elmi işlər üzrə prorektoru olub.

1960-cı ildə əməkdar incəsənət xadimi adını alıb. 1966-cı ildən fortepiano üzrə professor, 1959-1969-cu illərdə fortepiano kafedrasının müdiri vəzifəsində çalışıb. İki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilib.[1]

  1. "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-05.