Nigar xanım (1856[1][2][…], İstanbul – 1918[1][2], İstanbul) (نگار خانم) — Osmanlılar dövründə yaşayan türk şair. Atası macar əsilli Makar Osman Paşa idi.[3]
Nigar xanım | |
---|---|
Doğum tarixi | 1856[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1918[1][2] |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, yazıçı, jurnalist |
Nigar xanım Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
İstanbulda 1856-cı ildə anadan olub. Əsl adı Şandor Farkaşdır və 1848-ci il Macarıstan İnqilabından sonra Türkiyəyə sığınan və “Macar” ləqəbi ilə tanınan Osman Paşanın qızıdır; Anası, vəzir Keçecizadə Fuad Paşanın katibi Nuri bəyin qızı Əminə Rifati Xanımdır. Yeddi yaşında o, Kadıköydəki Madam Qarosun internat məktəbinə verilir. Bu məktəbdə o, yunan, italyan və erməni dilləri ilə yanaşı, fransız dili, fortepiano, rəssamlıq və tikiş sənətini də öyrənir. O, çarşab yaşının yaxınlaşması ilə əlaqədar olaraq məktəbdən ayrılır, fortepiano və dil dərslərini evdə davam etdirib. Erkən yaşda evliliyindən Sâlih Münir, Sâlih Feridun ve Sâlih Kerâmet adlı uşaqları dünyaya gelir. Yeddi il sonra həyat yoldaşından ayrılır. "Əfsus" adlı şeir kitabını çap etdirir. Nigar Xanım ilk böyük səfərini 1905-ci ildə etdi və Əhməd Cövdət Paşanın qızı Əminə Səmiyə Xanımın dəvəti ilə Serezə getdi. Nigar Xanım müxtəlif illərdə Misir, İtaliya, Fransa və Rumıniyaya kimi ölkələrə səfər edir. 1918-ci ildə vəfat etmişdir.
Nigar Xanım yazıçılıq fəaliyyətinə on dörd yaşında ölən qardaşı Əlinin ölümünə yazdığı mərsiyə ilə başlayıb. Son əsəri də Atıfpaşazadə Rauf bəyin ölümü üçün yazdığı mərsiyədir. Nigar Xanım hekayə, pyes, tərcümə, xatirələr qələmə almışdır
Pyes
Xatirə
Ahmet Cevdet Paşa Kimdir? /Mecelle Şair Nigâr Hanım, kendi hayatını anlatıyor...